“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Qol.Az saytına müsahibəsində Roman Qriqorçukun komandaya baş məşqçi təyin olunmasından danışıb.
- “Qəbələ”nin Roman Qriqorçuku seçməyində əsas səbəb nə oldu?
-Hələ Yuri Syomin “Qəbələ”dən gedəndə baş məşqçi vəzifəsinə bir nömrəli namizədimiz Roman Qriqorçuk idi. Ancaq o vaxt Qriqorçuk öz komandasını pis vəziyyətdə qoymaq istəmədi. Ona görə də razılıq əldə edə bilmədik. Hazırda isə məlum səbəblərdən Ukraynada vəziyyət qeyri-sabitdir. Ona görə də Dorinel Munteanunun istefasından sonra Qriqorçukla əlaqə saxladıq, o isə bildirdi ki, danışa bilərik. Düzdür, başqa təklifləri də var idi. Ancaq “Qəbələ”də işləməyi üstün tutdu. Onunla 1.5 illik müqavilə imzaladıq.
- Qriqorçukun “Qəbələ”də uzun müddət çalışması mümkündürmü?
- Əlbəttə, hər zaman istəyirik ki, baş məşqçimiz uzun müddət komandada çalışsın. Təkcə məşqçi, yaxud da heyəti dəyişməklə nəticə əldə etmək mümkün deyil. Uğur qazanmaq üçün eyni heyətlə və məşqçi ilə uzun müddət çalışmaq lazımdır. İstərdik ki, Qriqorçuk bizim üçün uğurlu məşqçi olsun və onunla daha uzunmüddətli müqavilə imzalayaq.
- Ukraynalı mütəxəssis Qəbələdəki şəraitdən razı qaldımı?
- Onun “Qəbələ” haqda təəssüratları çox yaxşı oldu. Akademiyamızla tanış oldu. Qəbələdə futbola yaradılan şərait göz qarşısındadır. Avropanın çox az ölkələrində belə infrastruktur var. Qriqorçukun vətəni Ukraynada da 1-2 klubu çıxmaq şərtilə belə şərait yoxdur. Həqiqətən buradakı şərait Qriqorçukun çox xoşuna gədli. O, akademiyamızın yetirmələrinə fikir verdi. Bildi ki, burada perspektivli futbolçular yetişir.
- Deməli, Qriqorçukun seçimində qeyd etdiyiniz amillər əsas rol oynayıb?
- Bəli, burada olan şəraitin çox böyük rolu oldu. Bir məqamı vurğulamaq istərdim. Qriqorçuk daha çox perspektivi düşünən məşqçidir. Onun üçün pul ikinci dərəcəlidir. Bunu onunla ilk söhbətimizdə başa düşdük. Düşünürəm ki, onun “Qəbələ”yə gəlməyində buradakı infrastruktur böyük rol oynadı.
- Yeni baş məşqçi Premyer Liqamızın növbəti turunda “Qəbələ”ni meydana çıxara bilər?
- Xeyr, bu oyunlara da komandanı müvəqqəti baş məşqçi Sənan Qurbanov çıxaracaq. Qriqorçuk komandaya qış təlim-məşq toplaşında qoşulacaq.
-Qriqorçukun köməkçiləri məlumdurmu?
-Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Dmitri Kramarenko komandada qalacaq. Yeni məşqçilərin adları isə dəqiq məlum deyil. Ancaq iki, maksimum üç köməkçi gətirə bilər. Bu haqda danışığımız olsa da, tam qərara gəlməmişik. Qriqorçuk ən azı iki köməkçisini “Qəbələ”yə gətirmək istəyir. Yəqin ki, "Çernomorets"də çalışdığı köməkçilərini gətirəcək.
- Sabiq baş məşqçi Dorinel Munteanunun qarşısına böyük hədəflər qoyulmuşdu. Məlum səbəbə görə “Qəbələ”nin altı xalı silindikdən sonra komanda turnir cədvəlində xeyli gerilədi. Hədəflər olduğu kimi qalırmı?
- Əbəttə, hədəflərimiz dəyişmir. Qarşıda 18 oyun var. Çempion da ola bilərik. Bunun üçün qış toplanışını yaxşı keçirməliyik. Komandaya bir neçə yaxşı futbolçu cəlb etmək və işləmək lazımdır. Bizim hədəfimiz minumum avrokuboklara vəsiqə qazanmaqdır.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib