Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ”ı qəbul edib. Görüşdən sonra klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytının suallarını cavablandırıb
- Ölkə prezidenti ilə görüşünüz haqda təəssüratlarınızı bilmək istərdik.
- Cənab prezidentin bizi qəbul etməsi böyük bir hadisədir. Həqiqətən bizə verilən ən böyük qiymətdir. Çalışacağıq ki, bizə verilən bu dəyərə, qiymətə layiq olaq. Bundan sonra Azərbaycanı Avropada daha yaxşı təmsil etməliyik. Prezidentimizin bu addımı bizi çox ürəkləndirdi. Deyiləsi sözlərim çoxdur. Ancaq ölkə başçısının klubumuza göstərdiyi bu diqqət haqda duyğuluramı dilə gətirməyə çətinlik çəkirəm.
- Avropa Liqasının qrup mərhələsində “İnter”lə oyunda baş verənlərdən sonra dövlət başçısının bu addımı “Qarabağ” üçün təsəlli oldumu?
-Əlbəttə, cənab prezident bizim həmin oyunun qalibi gördüyünü dedi, bizə hakim tərəfindən edilən haqsızlıqdan danışdı. Ruhdan düşməməyimizi, bizdən daha böyük uğurlar gözlədiyini dedi. Bunlar hər bir klub rəsmisinin, futbolçunun eşitmək istədiyi sözlərdir. Ölkə prezidentinə minnətdarlğımızı bildiririk ki, tam zamanında sahibsiz olmadığımızı göstərdi. Bu görüş çox yerinə düşdü.
-Yəqin ki, bu görüş həm də “Qarabağ”a böyük bir stimul olacaq.
- Bəli, bizə olan inamı gördük. Bundan sonra olanları unutmalı və daha məsuliyyətli olmağa çalışmalıyıq. Görüşdən sonra biz buna söz verdik.
- Avropa Liqasında mübarizəni dayandırması “Qarabağ”ın futbolçularında ruh düşkünlüyü yaratdı. Hazırda komandada ab-hava necədi?
- Doğrudan da bugünə qədər ruh düşkünlüyü var idi. Son oyunda da bu, hiss olundu. İstər-istəməz “İnter”lə oyunda hakim tərəfindən komandamıza edilən haqsızlıq futbolçuların psixologiyasına təsirsiz ötüşmədi. Ancaq bu gün gördük ki, cənab prezident İlham Əliyev bizdən çox böyük uğurlar gözləyir. Buna görə də ümidləri doğrultmalıyıq. Bu görüş bizim üçün əvəzolunmaz stimuldur.
- “İnter”lə oyunun hakim idarəçiliyi ilə bağlı UEFA-ya göndərilən etiraz məktubuna müsbət cavab veriləcəyini gözləmək olar?
- Bu işlərlə məşğul olan vəkilimiz var. Onun ümidi var ki, etirazımıza müsbət cavab veriləcək. Anaq inanmıram ki, "Qarabağ" - "İnter" matçı yenidən keçirilsin. Çünki buna vaxt da yoxdur. Artıq ikinci yerin sahibi kimi 1/16 finala yüksələn “Dnepr” püşkatmada iştirak edib və rəqibi məlum olub. UEFA-dan hansı cavabı alacağımızı bilmirik. Ancaq biz əlli yox, səksən yox, yüz faiz haqlıyıq.Bu haqqımızın tapdalanmaması üçün sona qədər çalışacağıq.
- “Qarabağ” bu ayın sonunda müqaviləsi başa çatacaq hücumçu İnnosent Emeqara ilə yeni müqavilə imzalayacq?
- Bu məsələ baş məşqçimiz Qurban müəllimin istəyindən asılıdır. Bildiyiniz kimi, Emeqara hazırda ailəsində olan problemə görə İsveçrədədir. O, qış təlim-məşq toplanışında bizimlə olacaq. Bundan sonra Qurban müəllim qərarını verəcək.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib