"Bakı-2015" Avropa Oyunlarının brendi Oyunların Rəsmi Tərəfdaşı olan Azərbaycan Hava Yollarının təyyarəyə minik talonları üzərində əks olunacaq.
Qol.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, "Bakı-2015"in rəngarəng loqosu və idman təsvirləri bu gündən etibarən 2015- ci ilin iyun ayında keçiriləcək Avropa Oyunları başa çatanadək 800 000-dən artıq təyyarəyə minik talonunu bəzəyəcək.
Təyyarəyə minik talonları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə Hava limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə uçuşları üçün istifadə olunacaq.
Talonlar bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Rəngarəng loqomuzun və brendimizin Azərbaycan Hava Yolları və onun təyyarəyə minik talonları sayəsində bütün dünyaya tanıdılacağından çox məmnunuq.
Azərbaycanın milli aviaşirkəti kimi Azərbaycan Hava Yolları, qarşıdan gələn aylarda İlk Avropa Oyunlarının təbliğində, eləcə də, Avropanın ən yaxşı idmançılarının gələn il Bakıda keçiriləcək Oyunlarda yarışmaq üçün Azərbaycana gəlməsində əhəmiyyətli rol oynayacaq.”
Azərbaycan Hava Yolları "Bakı-2015" Avropa Oyunlarının Rəsmi Tərəfdaşıdır və beynəlxalq auditoriya arasında Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək.
Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və Oyunlar haqqında məlumatlar mövcud olacaq.
Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar olaraq gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.
Azərbaycan Hava Yollarının vitse-prezidenti cənab Arif Məmmədov bildirib: “Biz Bakı 2015 brendinin təyyarəyə minik talonlarımızın üzərində əks olunması ilə fəxr edirik və bununla da paytaxt şəhərimiz və bütün ölkə üçün tarixi an olan Avropa Oyunlarına dəstək olmağımızla qürur duyuruq.
Biz idmançıların, rəsmi şəxslərin və tamaşaçıların Oyunlarla əlaqədar olaraq Azərbaycana gəlməsinə kömək edəcəyik və möhtəşəm Açılış Mərasiminə geri sayım davam etdiyi üçün həyəcanımızı sərnişinlərimizlə bölüşmək istəyirik.”
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək "Bakı-2015" Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
"Bakı-2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı
Zirkze “Mançester Yunayted”dən ayrıla bilər
"Qarabağ"ın rəqibinin yarımmüdafiəçisi zədələndi
Yığmamız Bolqarıstana böyük hesabla uduzdu
Tuncay Şanlı "Fənərbaxça"ya qayıtdı
Kenan Yıldız "Yuventus"dan gedə bilər
Voleybol millimiz finala yüksəldi
"Sabah"ın sabiq hücumçusu İsrail klubuna keçdi
AFFA-nın vitse-prezidenti Gürcüstan – İspaniya oyununda
Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək
"Barselona"dan Messi açıqlaması
Ronaldo: "Səudiyyəlilərə deyirəm ki, mən onlardan biriyəm"
Nigar növbəti dəfə Rusiyada rəmzi komandaya düşdü
Oskar xəstəxanaya yerləşdirildi
Türkiyə futbolunun utanc tablosu
Niko Uilyams da Türkiyə ilə oyunu buraxacaq
Ağayevə daha bir beynəlxalq təyinat
Millimizin İslandiya ilə oyuna hazırlığından - Şəkillər
Azərbaycanın 4 klubu dünya reytinqində irəlilədi
Deyan Stankoviç istefaya göndərildi
UEFA Zubirdən reportaj hazırladı - Video
Deşam DÇ-2026-dan sonra hansı kluba rəhbərlik edəcək?
"Yuventus"da yeni baş direktor
Roberto Mançininin yeni iş yeri məlum oldu
Mbappe "Real"a bu müdafiəçini tövsiyə etdi
Bissuma “Qalatasaray”a keçə bilər
İspaniya millisinin baş məşqçisi şoka düşüb
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Rafinya komandaya qayıtmağa hazırlaşır
PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində