“Euronews” telekanalında “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı reportaj yayımlanıb.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, reportajda Bakının tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb. Gələn il iyunun 12-dən 28-dək davam edəcək idman tədbirinə hazırlıq işləri, həmçinin Oyunların keçiriləcəyi idman obyektləri haqqında ətraflı məlumat verilib.
Paytaxtda Olimpiya Stadionunun inşasına da geniş yer ayrılan reportajda qeyd edilib ki, 68 mindən çox tamaşaçı tutumlu arenanın ərazisində parklar, eləcə də atletlər üçün təlim-məşq yerləri yaradılır.
Reportajda, həmçinin Bakının şimal-qərb hissəsində yerləşən Atletlər Kəndi haqqında da məlumat verilib. Bildirilib ki, Atletlər Kəndində idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi və rahatlığı üçün hər cür şəraitlə təmin ediləcək.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir