Avropa Ligasının qrup mərhələsinin “Qarabağ” - “İnter” oyunundan sonra (0:0) Ağdam klubunun müdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın xəbərinə görə, o, hakimin son “Qarabağ”ın təmiz qolunu qeydə almamasına da münasibət bildirib.
- Qol epizoduna oyundan sonra baxdınızmı?
- Bəli. Ofsayddan söhbət belə gedə bilməz. Top öz oyunçularına dəyib qapıya daxil oldu. Hakim qolu niyə hesaba almadı, bilmirəm. Bizə qarşı həqiqətən haqsızlıq oldu. Amma artıq oyun bitib. Onsuz da bundan sonra nəsə danışmağın bizə faydası olmayacaq. ”İnter”in futbolçuları da hakimə heç bir söz demədilər,gəlib bizə deyirdilər, oyundan kənar vəziyyət yoxdur. Bizə demək də heç nəyi dəyişmirdi.Bu oyunun onlar üçün heç bir əhəmiyyəti yox idi. Ancaq hakimə deməklə ədalətli iş görmüş olardılar.
- Klub rəhbərliyi nə deyir? Bu məsələ ilə bağlı şikayət edəcəklər?
- Artıq neynəsək də qrupdan çıxmağı təmin edə bilməyəcəyik. Yəqin ki, klub rəhbərliyi bu işlə maraqlanacaq. Bizim üzərimizə düşən vəzifə layiqincə oynamaq idi. Onun da öhdəsindən gəldik. Avropa Liqası macərası bizim üçün artıq bitti.
- Matçın gedişatında “Dnepr” - “Sent-Etyen” oyununun hesabı barədə sizə məlumat verirdilər?
- Birinci dedilər ki həmin oyunda hesab 1-1 dir. Biz də daha ehtiyatlı oynamağa başladıq. Amma sonradan dedilər ki, “Dnepr” qalib gəlir. Biz də məcburən irəli atılıb riskə getməli olduq.
- Hakim haqsızlığına görə komandada ab-havanın pozulması milli çempionatdakı oyunlarınıza mənfi təsif edə bilərmi?
-Düzdü yorğunluq olacaq, amma bu nəticə bizim çempionatdakı oyunlarımıza pis təsir etməyəcək. “İnter”lə oyunu tez bir zamanda unudub bütün diqqətimizi çempionata yönəltməliyik. Növbəti il bu uğurlarımızı təkrarlamaq üçün yaxşı Azərbaycanda çempion olmaq lazımdır.
- Heyətdə zədəli futbolçuların çox olması işınizə mane olmadı?
- Biz zədəli futbolçularımız oynamadan da “Sent-Etyen” lə səfər görüşündə sərfəli nəticə qazana bilmişdik. Düzdü, onlar oynasaydılar komandamıza əlavə güc verəcəkdi. Amma deməzdim ki, “İnter”lə oyunda onlar olsaydı yüz faiz qələbə qazanardıq.
- Bir epizodda Osvaldo ilə mübahisə etmənin səbəbi nə idi?
- Elə bir problemli məsələ deyildi.Amma bilmirəm, oynadığı liqaya və ya adına görə başqalarına yuxarıdan aşağı baxır. Osvaldo birinci məni vurdu, mən də cavabını verdim.
Ergün SEYİD
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord