U-19 millimizin sabiq baş məşqçisi, veteran futbolçu Vəli Qasımov Qol.Az saytına müsahibəsində “Qarabağ”ın dekabrın 11–də Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə qarşılaşacağı oyun və milli komandamız haqda sualları cavablandırıb.
- “Qarabağ”ın “İnter”lə oyununda nə gözləyirsiniz?
-“Qarabağ” həm Avropa Liqasında, həm də ölkə çempionatında özünü yaxşı tərəfdən göstərir. “İnter”lə oyun isə bu günə qədərki matçlardan ən vacibidir. Məncə, “İnter” cütün favoritidir. Ancaq “Qarabağ” da qalib gələ bilər. Hər halda komandamızdan yaxşı nəticə gözləyirəm.
- İtaliya mətbuatı “İnter”in Bakıya əsas heyətlə gəlməyəciyini yazıb. Bu, “Qarabağ”ın işinə yaraya bilər?
- Düşünürəm ki, “İnter” əsas heyətlə Bakıya gəlsə, “Qarabağ” üçün daha yaxşı olardı. Çünki Mançininin komandası artıq qrup lideri kimi “pley-off”a vəsiqəni təmin edib. Belə olan halda “İnter”in əsas futbolçuları Bakıdakı oyunda meydana rahat çıxardı. Ancaq gənclərə şans verilsə, onlar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bununla da, “Qarabağ”a çox çətin olacaq. Əgər komandamız “İnter”ə qalib gələ bilməsə də, buna təəssüflənmək lazım deyil. Çünki qrup mərhələsinə vəsiqə qazanmağı və göstərdiyi oyunlar artıq “Qarabağ” üçün böyük uğurdur.
- Komandamızın “pley-off”a yüksəlmək şansını necə qiymətləndirirsiniz?
- Sevindirici haldır ki, “Qarabağ”ın taleyi öz əlindədir. Yəni qalib gəlməklə, “pley-off”a yüksələ bilər. Yəqin ki, komandamız meydana yalnız qələbə üçün çıxacaq. Hamımız istəyirik ki, “Qarabağ” qrupa düşdüyü elə ilk ilində böyük uğurlara doğru getsin.
- “Qarabağ”ın Reynaldo, Çumbinyo və Dias kimi futbolçuları “İnter”lə görüşü buraxacaq.
- “Qarabağ” kollektiv oyun nümayiş etdirir. Düzdür, zədəlilərin hər biri vacib futbolçulardır. Ancaq “Qarabağ”ın oyun sistemi elədir ki, hər bir futbolçunu əvəzləyə bilirlər. Məncə, braziliyalı oyunçuların yoxluğu “Qarabağ”a problem yaratmayacaq.
- Bir qədər də milli komandamızda son baş verənlər haqda danışaq.
Həmişə millimizi yerli mütəxəssislərin çalışdırmasını istəmisiniz. Prosineçkinin təyinatına münasibətiniz necədir?
- Düzdür, həmişə istəmişəm ki, millimizi azərbaycanlı məşqçilər çalışdırsın. Ancaq gördüyünüz kimi, bunu etmədilər. Yenə də əcnəbi məşqçiyə güvəndilər. Amma Prosineçkinin təyinatının müsbət tərəfləri var. O, cavandır, hiss olunur ki, həvəslidir. İnanıram ki, milliyə xeyri dəyə bilər. Ən azından Prosineçki Foqtsdan daha faydalı olar. Foqtsun dövründə seçmə mərhələlərdə xal toplaya bilsək də, oyunumuz yox idi. Həmişə bildirmişəm ki, qazanılan xallara yox, oyuna fikir vermək lazımdır. Bundan əlavə futbolumuzun gələcəyini düşünmək lazımıdr. Bunun üçün gənc futbolçulara şans vermək lazımdır.
- Prosineçki Azərbaycan futbolu haqda o qədər də məlumatlı deyil. Yerli mütəxəssis kimi ona hansı tövsiyələriniz var?
- İlk növbədə Azərbaycan futbolunun gələcəyi üçün işlər görmək lazımdır. U-21 və U-19 komandalarına diqqət edilməli, oradan futbolçular seçilməlidir. Sonra tədricən komandanı qurmaq olar. Oyun sisteminə gəldikdə isə bunu baş məşqçi özü müəyyənləşdirəcək. İnanmıram ki, bir daha Foqtsun sisteminə qayıdaq. Qeyd etdiyim kimi, Prosineçki cavan məşqçidir. Bu isə ona imkan verir ki, futbolumuza yenilik gətirsin. Hiss olunur ki, Prosineçki millidə gənclərə yer verəcək.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib