"İnter"in qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.
- Səlahət, “Xəzər Lənkəran”la oyunda zədə aldın. Hazırda vəziyyətin necədir?
- Yaxşıdır, artıq məşqlərə başlamışam.
- Səni qarşıdakı oyunda görə biləcəyik?
- İnşallah, məşq edirəm. Məşqçilər korpusu lazım bilsə, meydana çıxacağam. Ümumiyyətlə, “İnter”də qapıçı problemi yoxdur. Mən olmasam da, komandada yetərincə təcrübəli qapıçılar var.
- Milli komandanın yeni məşqçisinin adı açıqlandı. Yeni məşqçidən təklif gözləyirsən?
- Təbii ki, milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Klubda özümü yaxşı tərəfdən göstərməliyəm ki, dəvət alım.
- Yığmanın son oyununda qapıda sən dayanmışdın. Necə düşünürsən, yeni məşqçi qarşıdakı oyunlarda sənə şans verəcək?
- Vacib olanı budur ki, milli komanda qalib gəlsin. Qapıda kimin qayanacağı o qədər də önəmli deyil. Millidə Kamran Ağayev kimi təcrübəli qapıçımız var. Qapıda kimin dayanacağını məşqçilər korpusu müəyyənləşdirir. Biz də onların qərarlarına hörmətlə yanaşırıq.
"Qarabağ"da şok itki
"İmişli"də ayrılıq
PFL Zubirə təşəkkür etdi
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo