“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibəsində komandasının son uğursuz çıxışlarının səbəblərindən, Premyer Liqamızın növbəti turunda “Qarabağ”la keçiriləcək oyundan və digər məsələlərdən danışıb.
- “Neftçi” ardıcıl üç oyundur ki, qələbə qazana bilmir. Komandanın bu enişinin səbəblərini nə ilə izah etmək olar?
- Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilə bizə mənfi təsir etdi. Buna qədər ardıcıl qələbələr qazanırdıq. On futbolçumuz milli komandaların təlim-məşq toplanışlarına qoşuldu. Onların əksəriyyəti “Simurq”la oyuna iki gün qalmış düşərgəyə qayıtdılar. “Simurq”la görüşdə hakim səhvləri ilə üzləşdik. Bunun da nəticəyə təsiri oldu. Daha sonra “Xəzər Lənkəran”la çox gərgin bir qarşılaşmaya çıxdıq. Bir neçə futbolçumuz cəzalı duruma düşdü. Əsasən də yerli futbolçuların oynaya bilməməsi nəticəyə təsirini göstərir. Artıq “Qəbələ” ilə oyunda yerli futbolçu çatışmazlığı ilə üzləşdik. Mirhüseyn Seyidovun mövqeyində yerli futbolçunun olmaması bizi məcbur edir ki, müəyyən dəyişikliyə əl ataq. Bu baxımdan heyətlə bağlı çətinliklərimiz var. Bəli, xal itkilərimiz çox oldu. Ancaq qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq. Çətinliklərə baxmayaraq öz yolumuza davam edirik.
- Qarşıdan “Qaradağ Lökbatan”la kubok, “Qarabağ”la isə çox vacib çempionat oyunu gəlir. Bu görüşlər haqda nə düşünürsünüz, heyətdəki problemlər həll olunub?
- İlk növbədə kubok oyununu düşünürük. Ondan sonra “Qarabağ”la görüşə hazırlaşacağıq. “Qarabağ” ilk, biz isə ikinci pillədəyik. Qurban Qurbanovun komandası bizim xal itkilərimizdən sonra üstünlük əldə edib. Mütləq “Qarabağ”a qalib gəlməliyik ki, rəqibimizlə xal fərqimiz azalsın və çempionluq yolunda vacib addım atmış olaq. Əsas müdafiəçilərimizdən olan Elvin Yunuszadə sarı vərəqə limitinə görə cəzalı duruma düşüb. “Simurq”la oyunda hakim ona yersiz sarı vərəqə göstərdi. Elvinin mövqeyində yerli futbolçu olmadığı üçün çətinliklə üzləşəcəyik. Julius Vobay son oyunda zədələnib. Kubok oyununda olmasa da, “Qarabağ”la görüşə qədər hazır olacaq.
- Qapıçınız Emil Balayev hazırda “Ayntraxt”da baxışdadır. Onun Almaniya klubunda qalmaq şansı nə dərəcədədir?
- Ən böyük problemlərimizdən biri də Emil Balayevin bizimlə olmamasıdır. Onun yoxluğu böyük itkidir. Bildiyiniz kimi, son oyunlarda ondan istifadə edirdik. Bu da imkan verirdi ki, daha bir əcnəbi futbolçuya şans verək. Sabit heyətlə oynamayanda nəticəyə də təsiri olur. Emil Almaniyaya yenicə gedib. Üç həftə baxışda olacaq. Biz çox sevinirik ki, “Neftçi”nin yetirməsi böyük bir kluba dəvət alıb. Emil “Ayntraxda” qalıb, oynayarsa, bizim üçün böyük şərəf olar. Düzdür, onun yoxluğu bizə problem yaradır. Ancaq “Neftçi” daim çalışıb ki, futbolçuları ölkə xaricində çıxış etsin.
- “Neftçi” futbolçularının nizam-intizam qaydalarını pozması məsələsi mətbuatda geniş yer alır. Sizcə, son uğursuzluqlarda baş verənlərin nə dərəcədə rolu var?
- Düşünmürəm ki, bunlar oyunumuza təsir edib. Futbolçularımızın hamısı peşəkardır. Həm klubun, həm də futbolçuların müqavilə əsasında öhdəlikləri var. Buna qarşılıqlı diqqət yetirilməlidir. Son günlər baş verənləri qabartmağa ehtiyac yoxdur. Hər bir futbolçumuz intizamsız hərəkətinə görə cəzalanıb və səhvini başa düşüb. Gördüyünüz kimi, Araz Abdullayev, Elvin Yunuszadə və Ernest Nfor son oyunda özlərini yaxşı tərəfdən göstərdi. Hər bir peşəkar klubda belə hallar olur.
- “Neftçi”yə gəldiyiniz ilk gündən komandada nizam-intizamla bağlı daha çox iş görülməli olduğunu bildirmişdiniz.
- Bəli, futbolçular əksər oyunlarında qırmızı vərəqələrlə cəzalanırdı. Lazımsız cəzalar çox olurdu. Mən də bildirmişdim ki, bunların qarşısını almalıyıq. Futbolçular bəzən meydanda çox əsəbi olurlar. Hakimin verdiyi səhv qərarlar da buna səbəb olur. Çalışırıq ki, futbolçular belə şeylərə çox fikir verməsinlər.
-Bu problemlər sizdən əvvəl var idi. Ancaq indi də azalmayıb.
- Çalışırıq ki, bunları aradan qaldıraq. Belə məsələlər tədricən həll olunur.
- Araz Abdullayevin ikinci intizamsızlığından sonra onun transferə çıxarılacağı deyilirdi.
- Bu, sırf medianın uydurduğu xəbərlərdir. Belə bir müzakirə olmayıb. İstər Araz Abdullayev, istərsə də Elvin Yunuszadə “Neftçi” üçün vacib oyunçulardır. Çalışırıq ki, etdiyimiz hər şey ümumi komandanın xeyrinə olsun. Hansısa futbolçunun transferə çıxarılmağı ilə bağlı söhbət gedə bilməz.
- Qarşıdan qış fasiləsi gəlir. Hansı mövqelərə yeni futbolçular alınacaq?
- Bunların hamısını klub daxilində müzakirələr apardıqdan sonra açıqlayacağıq. Təbii ki, heyətimiz güclənməlidir. Xüsusilə də yerli futbolçulara ehtiyacımız var. Müəyyən mövqelərimiz var ki, orada cəmi bir yerli futbolçu çıxış edir. Həmin futbolçunu itirəndə isə çətin vəziyyətə düşürük. Çalışacağıq ki, daha çox yerli futbolçular transfer edək.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib