"Bu uğurumuzu çox şişirtməyin" - Rəşad Sadıqov

"Bu uğurumuzu çox şişirtməyin" - Rəşad Sadıqov
MÜSAHİBƏ 28 Noyabr 2014 / 02:45 8603
-  A +

"Bu uğurumuzu çox şişirtməyin. Bizim hələ Premyer Liqada "Simurq" və "Neftçi" ilə oyunlarımız var. Həmin matçları fikirləşirik" 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

R.Sadıqov Avropa Liqasının qrup mərhələsinin son matçında qarşılaşacaqları "İnter"lə oyunöncəsi jurnalistlər və mütəxəssislərə səslənib: "Dnepr"i səfərdə 1:0 hesabı ilə məğlub etdiyimizdə bizi çox təriflədilər. Bu da oyunumuza müəyyən formada təsir göstərdi. Təkrar oyunda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bu səbəbdən jurnalistlər və mütəxəssislərdən istəyim budur ki, bugünkü uğurumuzu şişirtməsinlər".

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə