Premyer Liqamızın 12-ci turunda keçirilən “Bakı” - “Qarabağ” oyunundan (2:4) sonra qonaq komandanın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem qələbə qazandıqları görüş haqda Qol.Az saytının suallarını cavablandırıb.
- Deyəsən, heç də asan qələbə olmadı.
- Düzdür, çox çətin oyun keçdi. Matça yaxşı başladıq. İlk qolu vurub oyunu öz xeyrimizə dəyişmək istəyirdik. Amma müdafiədəki səhvimizdən sonra qol buraxdıq. Bəzən belə oyunlarda çətinliklə qarşılaşmalı olursan. Bir oyuna çox yaxşı hazırlaşıb, qələbəyə çox köklənəndə də səhvlər olur. Amma biz səhvlərimizi sığortalayacaq gücdə bir komandayıq. Bu oyunda da bunu göstərdik. Çox vacib olan üç xalı qazandıq.
-“Bakı” necə müqavimət göstərdi?
- Bu komanda şox yaxşı oyun sərgiləyir. Gənc oyunçulardan təşkil olunmuş komandadır. “Bakı” ilə ilk görüşdə də xal itirmişdik. ”Dnepr”ə məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü var idi. Amma biz bu oyuna çox yaxşı hazırlaşmışdıq. Komandada yaranmış durğunluğu ortadan qaldırmaq üçün bu qələbə bizə çox lazım idi.
- Premyer Liqamızın növbəti turunda rəqibiniz AZAL olacaq. Həmin oyunda da bu uğuru təkrarlaya biləcəksinizmi?
- AZAL-la oyuna da yaxşı hazırlaşıb, əlimizdən gələni edəcəyik. Meydana ancaq qalib gəlmək üçün çıxacağıq. Qarşıdan “Sent Etyen”lə oyun da gəlir. Əsas məqsədimiz hər iki oyundan xal götürməkdir. Həm Azərbaycan çempionatında, həm də Avropa Liqasında uğur əldə etmək istəyirik. Bunun üçün də bütün gücümüzü ortaya qoyacağıq.
- İlk hissədən fərqli olaraq ikinci hissədə oyununda yorğunluq hiss olunurdu.
- Yox, oyunumdakı sakitlik yorğunluqdan irəli gəlmirdi. Sadəcə birinci hissəyə çox surətli başladıq. Qol vursaq da, səhvlərimiz də oldu və iki qol buraxdıq. Belə aqressiv oyunlar zamanı istədiyin alımaya bilər. Ona görə də sakit və təmkinlə oynamağa qərar verdik. İki qol vurub, istədiyimizə nail olduq. Bu qələbə qarşıdan gələn oyunlar üçün bizə çəx vacib idi.
- “Araz Naxşıvan”nın çempionatdan çəkilməsi işinizə təsir etmədi?
-Düzdür, 3 xalımız silindi, amma bu bizə heç bir problem yaratmayacaq. Biz hər bir klubla layiqli mübarizə aparmağa qadir komandayıq. Qarşıdan gələn oyunlardan da vacib olan xalları qazanıb, yolumuza davam edəcəyik.
-“Sent Etyen”lə oyun haqqında nə düşünürsən?
- Çox çətin qarşılaşma olacaq. Rəqib meydanında oynayacağıq. Bu, onlar üçün böyük bir üstünlükdür. Amma biz əlimizdən gələni edəcəyik ki, Fransadan vacib olan xalla dönə bilək. Çünki bu oyun demək olar ki, bizim qrupda taleyimzi həll edəcək.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib