Azərbaycan Premyer Liqasının 12-ci turunu “İnter” - “Xəzər Lənkaran” oyunundan (3:1) cənubluların yarımmüdafiəçisi Əfran İsmayılaov Qol.az saytının suallarını cavablandırıb.
- “İnter”lə oyunda belə nəticə gözləyirdin?
- Bununla neçənci dəfədir ki eyni səhvlərdən qol buraxırıq. Keçmiş oyunlarımıza da baxsaz, görərsiz ki, buraxılan bütün qollarda müdafiə xəttinin kobud səhvləri olub. Bununla artıq neçənci oyundur, müdafiəçilərimiz eyni epizodlarda kobud səhvlərə yol verirlər, nəticədə də uduzuruqr. İki qol buraxdıqdan sonra komanda necə özünə gəlsin? Oyuna olan bütün həvəsimizi öldürürlər.
- “İnter”in çıxışını necə qiymətləndirirsən?
- Rəqibi təbrik etmək lazımdı. Ağıllı futbol oynadı və qalib gəldi.
- Məğlubiyyətin əsas səbəbi müdafiə xəttinin zəif çıxışı oldu?
- Mən özümü bu məsuliyyətdən kənara atmıram. Hər kəsin günahı var. Demirəm ki, orta xətt və ya hücumçular əla oynadı. Amma sözümün də arxasındayam: bununla neçənci oyundur, biz müdafiə xəttinin səhvi ucbatından qapımızda qollar görürük və məğlub oluruq.
- Bəs bu məsələlər klub rəhbərliyi tərəfindən müzakirə olunmayıb?
- Müzakirə olunub ,həm də dəfələrlə. Mən ne edə bilərəm? Çıxıb deyəsi deyiləm ki, müdafiə səhv edir. Hər şey göz qabağındadır, hamı da bunu görür. Buna artıq bir çarə tapmaq lazımdır. Səhv bir dəfə, iki dəfə olar, daha bəsdir.
- Komanda yoldaşların oyun ərzində hakimdən şikayət edirdi...
- Mən heç vaxt hakimdən şikayət etməmişəm.Niyə də etməliyik axı? 40 metrdən ötürmə verirlər, rəqib qapıçımızla təkbətək qalır. Buna hakim neynəsin? Biz gedib öz səhvlərimizi düzəltməliyik. Neçə dəfə eyni səhvlər olar axı? Hər derbi oyunlarında bmüdafiənin kobud səhvlərindən qapımızda qol görürük. “İnter”lə oyunda da bunun acı nəticəsini gördük. Rəqiblərimizin çoxu bu gün (dünən – red.) xal itirdi, bizim üçün bundan gözəl şans ola bilməzdi. Amma kobud səhlərimizə görə bundan istifadə edə bilmədik.
- Yəni bu qədər pis oynadız?
- Oynamaq lazım deyil. Oynamaq qaldı keçmiş dövrdə. Bizə indi nəticə lazımdır. Avropa Liqasına getmək istəyirik. Amma bu nəticə ilə neynəmək olar?
- Komandanın bundan sonrakı aqibəti necə olacaq?
- Rəhbərlik bizə hər bir şərait yaradıb. Hər məşqimizə gəlirlər, hər istəyimizi yerinə yetirirlər. Lənkaranda o qədər yaxşı şərait olduğu halda Bakıda qalmağımız üçün də istənilən imkan yaradılıb. İndi bizim müdafiəçilərin ucbatından indi göndərəcəklər bizi Lənkərana, ailədən, evdən uzaq qalmalı olacağıq.
Ergün SEYİDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib