“Avro-2016”nın seçmə mərhələsində Bakıda Norveçlə keçirilən oyunda (0:1) milli komandamızın baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov Qol.Az saytına müsahibəsində yığmamızın məğlubiyyətinin səbələrindən, millidəki işini davam etdirmək ehtimalından və digər məsələlərdən danışıb.
- Milli komandanın baş məşqçisi vəzifəsini icra edən mütəxəssis kimi Norveçlə ilk oyununuzu necə qiymətləndirirsiniz?
- Əsas məqsədimiz Norveç millisi ilə yaxşı oyun sərgiləmək idi. Heç olmasa, bir xal qazanmaq istəyirdik. Futbolçularımız da çox yaxşı hazırlaşmışdılar və ən asası istəkli idilər. Bütün komanda şəklində cəmi altı gün bir yerdə məşq etdik. Düşünürəm ki, məğlub olsaq da, yaxşı oynadıq. Qol vəziyyətləri yarada bilməsək də, layiqli oyun göstərdik. Nədənsə, hamı Norveçin qələbəsini çox kiçildir, amma onlar Bolqarıstan millisindən heç də zəif komanda deyil. Oyundan da gördüz ki, bizə qol vurmaq imkanı yaratmadılar.
- Bəs, məğlubiyyətin əsas səbəbi nə idi?
- Standart vəziyyətlər zamanı çətinlik çəkirik. Bu, bizim köhnə xəstəliyimizdir. Elə qolu da buna görə buraxdıq. Bu haqda komandaya xüsusi təlimat verilmişdi. Halbuki məşqlərin çoxu əsasən cinahlardan hücum təşkil etmək və standat vəziyyətlərdən müdafiə olunmaq istiqamətində aparılmışdı. Amma yenə də futbolçularımız tapşırığın öhdəsindən gələ bilmədilər.
- Ümumiyyətlə, ilk oyununuz birmənalı qarşılanmadı. Sizin tənqid edənlər də, dəstəkləyənlər də oldu.
- Əslində pis oynamadıq. Amma tənqid edənlər çox oldu. Əgər məni futbol mütəxəsisləri pisləyirsə, bu, başa düşüləndir, yox, futboldan anlayışı olmayanlar tənqid edəndə, bu, həqiqətən mənə pis təsir edir. Bu insanlar özlərini futbol bilicisi kimi aparırlar. Amma onlar əslində Azərbaycan futboluna zərbə vuran insanlardır. Bəzi səviyyəsiz futbolçuları Azərbaycan çempionatına gətirib, futbolumuzu məhv edirlər. Belə adamlar öz işləri ilə məşğul olsa, daha yaxşı olar.
- Bədavi Hüseyinovla Qara Qarayevi əsas heyyətdə meydana buraxmamağınızın səbəbi nə idi?
- Norveç yığmasının hücum xəttində hündürboylu futbolçular çoxdur. Ona görə Elvin Yunuszadəyə şans verdim ki, hava mübarizəsində rəqibin hücumlarının qarşısını alaq. Elvin də işinin öhdəsindən pis gəlmədi.
- Səlahət Ağayevə də buna görə əsəs heyətdə yer vermişdiniz?
- Səlahətin ilk onbirlikdə oynamasının əsas səbəbi son oyunlarda yaxşı təsir bağışlaması oldu. Çempionat oyunlarında da demək olar ki, qapısını toxunulmaz saxlaya bilirdi. Ona da nə vaxtsa şans vermək lazım idi. İlk dəqiqələrdə bir az həyəcanlı oynasa da, etimadımı doğrultdu.
- Sizcə, milliy gətiriləcək əcnəbi məşqçi sizdən daha faydalı olacaq?
- Məncə, futbolumuzu daha yaxından bilən insanlar milli komandada olmalıdır. Millinin baş məşqçisi yerli futbolçuları yaxından tanımalıdır. Ona görə də yerli məşqçi daha faydalı olar. Əgər əcnəbi məşqçi olacaqsa da, Azərbaycan futbolunu yaxından bilən adam olmalıdır. Başqa ölkədən gələn məşqçi ilə milli komanda bir oyun məğlub olanda deyirlər ki, məşqçiyə vaxt lazımdır. Yerli məşqçi məğlub olanda isə əksinə, iş bacarmadığını söyləyirlər. Bir oyunla bizi bu qədər tənqid etmək lazım deyil. Bizə dəstək olmaq əvəzinə birmənalı şəkildə işimizin öhdəsindən gələ bilməməkdə günahlandırırlar.
- Milli komandada məşqçi kimi işinizə davam edəcəksinizmi?
- Hələ ki, milli komandadayam. Sonra nə olacağını bilmirəm. Hər şeyi zaman göstərər.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib