Milli komandamızın və “Qəbələ” klubunun yarımüdafiəçisi Cavid Hüseynov Qol.Az saytına müsahibəsində yığmamızın Norveçə məğlubiyyətindən (0:1), Premyer Liqamızın 12-ci turunda sabah AZAL-la keçiriləcək oyundan və digər məsələlərdən danışıb
- Millimizin Norveçə məğlubiyyəti çox müzakirə olundu. Ancaq bir məsələyə münasibətini öyrənmək istərdim. Bəzi mütəxəssislər düşünür ki, komandamızın məğlubiyyətinə səbəb futbolçularda əzmkarlığın olmaması idi?
- Mən belə düşünmürəm. Məğlub olmağımız istəksizlikdən irəli gəlmirdi. Komandamızda kifayət qədər əzmkarlıq var idi. Qələbə qazanmağı çox istəyirdik. Məğlubiyyətin səbəbini isə mən də bilmirəm. Çox məyusuq.
- Millimizin çıxışını yaxşı qiymətləndirirsən?
- Bu oyunun mahiyyətini hamı çox gözəl başa düşürdü. Heç olmasa bir xal qazanmalı idik. Çünki doğma meydanda oynayırdıq, ardıcıl üç görüşdə məğlub olmuşduq. Düzdür, Norveç də zəif komanda deyil. Amma bundan yaxşı çıxış edə bilərdik. Bunun üçün futbolçularımızda potensial var.
- Bəlkə, qeyd etdiyin ardıcıl üç məğlubiyyət futbolçuların üzərində təzyiq yaradıb?
- Əksinə, hər şey daha rahat olmalı idi. Çünki bizi oyuna vaxtilə bir yerdə çıxış etdiyimiz Mahmud Qurbanov çıxarmışdı. Bəli, bu oyunun məsuliyyəti əvvəlkilərdən daha böyük idi. Bəlkə də bəzi futbolçularımız bu məsuluyyəti təzyiq kimi qəbul ediblər. Artıq Norveçlə oyunu unutmaq lazımdır. Bununla həyat sona çatmır. Gələcək oyunları düşünmək lazımdır.
- Sabah Premyer Liqamızın növbəri turunda səfərdə AZAL-la oyununuz var.
- Komandamızda ab-hava yüksək səviyyədədir. Dünəndən biz də məşqlərə qoşulmuşuq. Millidən kluba gedəndə heç nə hiss etdirmirik. Çalışırıq ki, millidəki nəticəmizin üzgünlüyünü kluba sızdırmayaq. Sabahkı oyuna hər cəhətdən hazırıq.
- AZAl “Qəbələ” üçün hansı rəqiblərdəndir?
- Əvvəlcə onu deyim ki, bu mövsüm öz meydanımızda AZAl-a uduzmuşuq. Bu komandaya evdə məğlub olmağımız bizim üçün çox pis nəticə oldu. Çalışacağıq ki, sabahkı oyunda bunun əvəzini çıxaq.
- “Araz Naxçıvan” klubunun dağılması ən çox “Qəbələ”yə zərbə vurdu. Buna münasibətin necədir?
- Həqiqətən də “Araz Naxçıvan”ın bu qərarı bizə çox pis təsir etdi. Bu, normal hal deyil. Çempionatın ortasında komandanı dağıtmazlar. “Araz Naxçıvan” klubunun qeyri-peşəkarlığı nəticəsində bizim altı xalımızı sildilər. Uzun yol qət edib, Naxçıvana getmişik və qalib gəlmişik. İndi xalımızı silirlər. Əziyyətimiz hədər getdi.
-Sənin vurduğun qollardan biri də silindi.
- Mənim qol vurub-vurmamağım önəmli deyil. Əsas komandamızın uğurudur. Bizə təsir edən altı xalımızın silinməyidir. Heç nədən aşağı pillələrə düşürük.
- Altı xalınızın silinməyi komandada ruh düşkünlüyü yaradıb?
- Bəli, turnir cədvəlinə baxanda görürük ki, aşağı pillədə olan “Xəzər Lənkəran” indi bizi qabaqlayır. Bunları görəndə istər-istəməz ruh düşkünlüyü olur. Ancaq sonra fikirləşirsən ki, futbolçusan, oynamalısan.
- Mövsümün sonunda “Qəbələ”nin çempionluqdan 3-4 xal ayırsa, bunun günahkarı “Araz Naxçıvan” olacaq?
- Əlbəttə, sonda bir çox komandalar bu aqibətlə üzləşə bilər. Həqiqətən “Araz Naxçıvan”ın bu addımı bizə çox pis təsir etdi.
- Baş verənlər sabahkı oyuna motivasiya olmaqda çətinlik yaratmır ki?
- Əksinə, daha da məsiliyyətli olmalıyıq. Hamı dərk etməlidir ki, xeyli geri düşmüşük. Bunu fikirləşən futbolçu sabahkı oyunun məsuliyyətini yaxşı başa düşər. Oyunu olan komanda altı xalı bərpa edə bilər. Hər matça qələbə üçün çıxırıq. Sona qədər hər bir oyuna qələbə əzmi ilə çıxmalıyıq ki, itirilən xalları bərpa edək.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi