Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin Qol.az saytına müsahibəsi
- Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən “İnter” necə istifadə etdi?
- Çox yaxşı. İlk öncə həftəlik proqramlarla məşq etdik, “Simurq”la yoxla oyunu keçirdik, sonra da fiziki hazırlıqlara məşğul olduq. Sabah evdə “Xəzər Lənkaran”la oyunumuz var. Son bir həftədə ancaq bu oyuna hazırlıqla məşğul olduq. Həmin matça tam hazırıq.
-“Araz Naxçıvan”ın çempionatdan imtina etməsinə münasibətiniz maraqlı olardı.
- Düzü, bu, Azərbaycan futboluna ciddi zərbədir və və gələcəkdə çox problem yaradacaq. Çünki hər tur bir komanda çempionatda oyunsuz qalacaq. Noyabırın 24-də “Araz Naxçıvan”la oyunumuz olmalıydı, ancaq həmin tur biz boş qalacağıq. Bu vəziyyət komandaların hazırlığına zərbədir.
- “İnter” cari mövsümə yaxşı başlasa da, sonrakı mərhələrdə qol vura bilməməyiniz hücumda problemlər olduğunu göstərdi. Problemin kökü nədədir?
- Bəli, problemlər var. Bunun da əsas səbəbi odur ki, Baçana Sxadadze zədəlidir, digər hücümçümuz Meza Kolli hələ təzə-təzə özünə gəlir, öz oyununu yeni tapmağa başlayıb. Hazırda demək olar, tək hücumçumuz Nildodur. Ona görə bu problemlər ortaya çıxır.
- Çempionatın ilk yarısı sona çatmaq özrədir. Hücumdakı problemləri həll etmək üçün kluba yeni oyunçular dəvət edəcəksinizmi?
- Bu istiqamətdə artıq işlər gedir. Bir əcnəbi oyunçu yaxın vaxtlarda bizə baxışa gələcək. Daha bir futbolçu ilə də danışıqlar gedir.
- Gürcüstan millisinə baş məşqçi kimi əsas namizədlər arasında adınız hallanır. Bu haqda nə düşünürsüz?
- Millidə işləmək hər bir məşqçi üçün şərəfdir. Bəli, namizədlər arasında mən də varam. Hər bir məşqçi istəyər ki, öz ölkəsinin milli komandasını çalışdırsın. Amma bu haqda Gürcüstan Futbol Federasiyasının rəsmilərinin öz aralarında sadəcə danışıqları olub. Əgər hansısa məşqçinin təcrübəsi varsa, onun adının namizədlər arasında olması təbiidir.
- Rəsmi təklif almamısız? Əgər belə bir təklif alsaz, qərarınız nə olacaq?
- Heç bir rəsmi təklif yoxdur. Çünki bu məsələ hələ yeni gündəmə gəlib. O ki qaldı qəbul edib- etməyəcəyimə, deməzdim ki, yox, dəvəti rədd edəcək. Bu suala o zaman cavab verərdim ki, mənə rəsmi təklif gəlsin. Hələlik isə mənim “İnter”də görəcəyim iş çoxdur..Ən böyük istəyim “İnter”lə Avropa Ligasının qrupunda oynamaqdır.
- İndi də Azərbaycan millisinin baş məşqçisi barədə fikirlərinizi öyrənək. Sizcə, bizim milli üçün yerli məşqçi faydalı olar, yoxsa əcnəbi?
- Məncə, Azərbaycan millisinin yerli mütəxəssisin çalışdırsmasın daha yaxşı olardı. Çünki öz məşqçiləriniz oyunçuları yaxşı tanıyır, mentaliteti gözəl bilir. Milliyə çağırılan azərbaycanlı futbolçularının böyük hissəsi yerli klublarda oynayır. Digər tərəfdən yerli mütəxəsislərdə məşqçi üçün ən vacib olan vətənpərvərlik hissləri olur. Bütün bunlar yerli məşqçinin üstünlükləridir. Milli komandaların məşqçilərinin əsas üzərinə düşən vəzifə komandanı pisxoloji və taktiki cəhətdən hazırlamaqdır.Əgər yaxşı yerli məşqçi varsa, məncə, əcnəbi məşqçiyə ehtiyac yoxdur. Əcnəbi məşqçiyə üstünlük verilsə, bu halda o, Azərbaycanda yaşamalıdır,çempionatın hər turunu izləməlidir, futbolçuları tanımalı və ən əsası Azərbaycan mentalitetini bilməlidir.
- Hər halda, sizin Azərbaycan millisinə namizədiniz kimdir?
- Əgər yerli məşqçiyə üstünlük verilsə, mənim birinci namizədim Qurban Qurbanovdur. Çünki yuxarıda qeyd etdiyim bütün xüsusiyyətlər onda var.Ən əsası Qurban Qurbanov gənc və qabiliyyətlidir.
- Oğlunuz Baçana Sxadadzeni gələcəkdə Avropanın hansı klubunda görmək istərdiz?
- Çox çətin sualdı. İndiki potensialı ilə İngiltərə,İtaliya kimi ölkələrdə oynaması çətin olar. Amma Hollandiya və İspaniyada oynaya bilər. Çünki bu ölkələrdə özünəməxsus bir üslub var və hamı da buna uyğun oynayır.
- Oğlunuza nə vaxtsa pis oyununa görə evdə əsəbləşmisiz?
- Əgər hirslənmişəmsə mənimlə danışmaq, ümumiyyətlə, lazım deyil. Sualınıza gəlincə, belə bir hadisə yadıma gəlmir.
Ergün SEYİD
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi