AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə, millimiz “Avro-2016”nın seçmə mərhələsində Bakıda Norveçə uduzduğu oyun (0:1) haqda fikirlərinizi öyrənmək istərdik.
- Hiss olunur ki, futbolçularımız Xorvatiya məğlubiyyətindən (0:6) sonra hələ də özlərinə gələ bilməyibər. Sanki sıxılırdılar. Düzdür, o qədər də pis oynamadılar, topa sahib oldular, qol epizodlarımız da oldu. Ancaq istər-istəməz futbolçularda hələ psixoloji travma qalıb. Digər amillər də var ki, millimizin oyununa təsir etdi. Hər halda seçmə mərhələnin ardıcıl dörd oyununda məğlub olmaq xoşagəlməz haldır. Bununla belə, gələcəyə ümidlə baxmaq lazımıdır.
- Sanki futbolçularımızda istək yox idi.
- Bəli, daha əzmkar bir komanda gözləyirdik. Futbolçuların üzərində təzyiq həddən artıq çox idi. Bəlkə də onlar düşünürdülər ki, millinin baş məşqçisi olacaq şəxs matçı stadiondan izləyir. Bunların hamısı oyuna təsir edən amillərdir. Oyunda əzmkarlığın göstərmək ən vacib şərtdir. Bunsuz nəticə qazanmaq olmaz.
- AZAL-da işlər necə gedir, çempionatda yaranan fasilədən necə istifadə edirsiniz?
- Hər şey öz qaydasındadır. Fasilədən səmərəli istifadə edirik. İki yoldaşlıq oyunu keçirdik. “Xəzər Lənkəran” və əvəzedici komandamızla qarşılaşdıq. Müəyyən çatışmazlıqları aradan qaldırmışıq. Sabah “Qəbələ” ilə görüşümüz var. Həmin oyunda nəyi düz, nəyi səhv etdiyimizi biləcəyik.
- AZAL hazırda turnir cədvəlinIN 9-cu pilləsində qərarlaşıb və ən çox qol buraxan komandalardandır. Demək olarmı müdafiədə olan probelmlərə görə komandanız bu yerdədir?
-Hər dəfə futbolçularla söhbətimdə bu barədə danışıram. Müdafiəmizdə problem var. Tək müdafi xəttindən və ya qapıçıdan söhbət getmir. Ümumilikdə komanda şəklində daha düzgün müdafiə olunmaq lazımdır. Hələ ki, komandamız kompakt şəkildə müdafiə qura bilmir. Oyunları çoxunda bu problemlə üzləşmişik. Hərdən elə olur ki, iki top fərqi ilə irəlidə olsaq da, sonradan qapımızdan qollar buraxırıq və qələbəni əldən veririk. Fasilə zamanı bu məsələnin üzərində xeyli işlədik. İnanıram ki, bu problem aradan qaldırılacaq.
- “Araz Naxçıvan” çempionatı tərk etməklə bir çox komandalara zərbə vurdu. Naxçıvan klubunun bu qərarına münasibətinz necədir?
- “Araz Naxçıvan”ın bu qərarı mənə çox pis təsir etdi. Hər halda futbolun inkişafından danışırıqsa, belə halların olmaması daha yaxşı olardı. Bu, çempionatımıza da böyük təsir edəcək. Çalışırdıq ki, oyunların sayı artırılsın, futbolçuların oyun təcrübəsi, fiziki hazırlığı yüksək olsun. Premyer Liqada mübarizəyə qoşulub, mövsümün yarısı olmamış çempionatı tərk etmək xoşagəlməz haldır. Ən çox “Araz Naxçıvan”ın futbolçularının halına acıyıram. Onların bəziləri özünə yeni klub tapa bilməyəcək. Klub belə bir addımı atanda fikirləşməlidir ki, kimlərə zərbə dəyə bilər, kimləri nədən məhrum edə bilərlər? Yeniyetmə futbolçuları da düşünmək lazım idi. Bizim də bir xalımız silindi. Ancaq mən buna fikir vermirəm. Nəticəyə mövsümün sonunda baxmaq lazımdır.
- “Araz Naxçıvan”ın qapıçısı Kamal Bayramovun AZAL-a keçəcəyi deyilir.
- Hələ ki, konkret bir şey yoxdur. Ancaq Kamalla söhbətimiz olub. Ola bilər ki, razılaşdıq. Cəmi bir dəfə onunla söhbətimiz olub.
- “Qarabağ”dan icarəyə götürüdüyünüz Təmkin Xəlilzadə və Eltun Yaqublunun müqaviləsi dekabrda başa çatacaq. Onlara yeni müqavilə təklif etmək fikriniz var?
- Hələ ki, dəyişiklik etmək fikrində deyilik. Dekabrın sonlarında götür-qoy edəcəyik ki, görək bizə kimlərin xeyiri dəyib, kimlər daha çox xeyir verə bilər. Bu gün kimlərin gedəcəyi tam bəlli deyil.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib