"Millimizdən tam başqa bir oyun gözləyirdim. Çox təəssüf ki, komandamızda heç bir istək, əzmkarlıq görmədim. Rəqib komandanın baş məşçisi da oyundan sonra bildirdi ki, Azərbaycandan daha istəkli futbol gözləyirdim".
Bu sözləri Qol.Az saytına açıqlamasında milli komandamızın sabiq üzvü, “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyev “Avro-2016”nın seçmə mərhələsində yığmamızın Baklda Norveçə uduzduğu oyun (0:1) haqda danışarkən deyib.
Millimizin oyununu kəskin tənqid edən K.Quliyev artıq bəzi futbolçuların yığmadan getməli olduğunu bildirib: “İnanın ki, “Qarabağ” Norveç millisi ilə qarşılaşsaydı, böyük hesabla qalib gələrdi. Buna yüz faiz əminəm. Bizim milli komandamız artıq dəyişilməlidir. Futbolçular digərləri ilə əvəzlənməlidir. Birinci dəstədə elə futbolçular var ki, millimizin bəzi üzvlərindən daha yaxşı oynayar. Sadəcə onlara inanmaq lazımdır. Foqts getdi, nə dəyişdi? Mən heç bir dəyişiklik görmədim. Futbolçularımızdan bu cür münasibət gözləmirdim. Axı onları meydana yerli məşqçi çıxarmışdı. Bu qədər top itkisi, bu qədər səhv olmaz.
Deyirik ki, topa nəzarət 50 faiz bizdə olub, topla yaxşı oynamışıq. Başa düşə bilmirəm, topla nə vaxt yaxşı oynadıq? Meydançada eninə getməklə heç nə etmək olmaz. Bizə qabağa getmək, sürətli hücumlar qurmaq lazım idi. Topla mənasız hərəkətlər etmək kimə lazımdır? Artıq Norveç kimi komandaya qalib gəlməli idik. Millimizin oyununa baxa bilmədim. İlk hissədən sonra əsəbiləşdim. Ola bilər ki, mənim sözlərim bəzi futbolçularımıza sərf etmir. Ancaq mən futbolumuz naminə bunları danışıram. Artıq 4-5 futbolçunun millidən getmək vaxtıdır. Əvəzində gənc, istedadlı oyunçular cəlb etmək lazımdır".
K.Quliyev futbolmuzda inkişaf olduğunu deyənlərlə razılaşmadığını bildirib: “Üzdən iraq qonşumuz Ermənistanın Portuqaliya ilə səfər oyununa baxdım. Onların çıxışına çox paxıllıq etdim. Çünki 90 dəqiqə hücum etdilər. Portuqaliya çox çətinliklə qalib gəldi. Bizim futbolçular Maltanı bəyənmir. Gördüyünüz kimi, səfərdə Bolqarıstandan bir xal aldılar. Lixtenşteyn səfərdə qalib gəldi. San-Marino öz meydanında uduzmadı. Qeyd etdiyim komandaların hamısı cırtdan ölkələri təmsil edir. Artıq hər yerdə futbol inkişaf edir. Təəssüf ki, bu artım bizdə yoxdur”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib