“Sumqayıt” və “Qəbələ” arasında keçirilən yoxlama oyunundan (1-2) sonra “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov Qol.Az saytının suallarını cavablandırıb
- Oyunla bağlı fikirləriniz necədir?
- Matç istədiyimiz səviyyədə keçdi. Mənim üçün əsas olan nəticə deyildi. Futbolçuların həm fiziki, həm də texniki vəziyyətini yoxlamaq istəyirdik. Bilirsiniz ki, oyunçularımızın bəziləri milli komandanın heyətinə cəlb olunub. Qalan bütün futbolçular məşqlərdə iştitak edirdi. Tam heyətlə oynamamağımıza baxmayaraq, komandamın çıxışından razı qaldım. Premyer Liqanın növbəti matçlarına tam hazırıq.
- Bu oyunda özünü yaxşı tərəfdən göstərən futbolçular oldumu?
- Bəzi futbolçular var ki, onlara Premyer Liqa oyunlarında çox şans verə bilmirdim. Amma “Qəbələ” ilə yoxlama matçında bütün futbolçuları sınaqdan keçirdik və bəzilərinin üstün tərəflərini gördük. Heç düşünmədiyimiz oyunçular vardı ki, bu gün çox gözəl mübarizə apardılar və demək olar ki, əsas heyətdə özlərinə yer almış oldular.
- Kimlər bu gün sizin etimadınızı qazana bildi?
- Çox futbolçu oldu. İstər müdafiədə, istərsə də hücumda oynayan oyunçular vardı ki, onların bəzi potensialını görmək imkanımız az olmuşdu. Amma bu oyundan sonra çox futbolçular etimadımı qazandı. Ən birinci Ceyhun Cavadovu deyərdim. Çoxdandır bu futbolçuya şans verə bilmirdim. Amma “Qəbələ” ilə oyunda onun üstün cəhətlərinin şahidi olduq.
- Bəs, komandada hansı çatışmazlıqları üzə çıxardınız?
- Futbolda ideal komanda yoxdur. Hamıda olduğu kimi, bizdə də çatışmazlıqlar var. Əsas məqsədimiz də bunu aradan qaldırmaqdır. Bunun üçün əlimizdən gələni edirik. İnanırıq ki, istəyimizə nail olacağıq.
- Qış transfer pəncərəsində kluba yeni oyunçular dəvət etməyi düşünürsüz?
- Komandada dəyişikliklər mütləq lazımdır. Bunun üçün yeni transferlər düşünürük. Mən heç vaxt müdafiə futboluna üstünlük verməmişəm. Düzdür, müdafiəni yaddan çıxartmaq lazım deyil, amma əks hücümlara bel bağlamaq da komandanı heç vaxt irəli aparmır. Özünüz də gördünüz ki, “Qəbələ” ilə matçda komandamız hücuma meyilli oynayırdı. Bu istiqamətdə də bəzi yeniliklər etmək istəyirik. Bunun üçün yəqin ki, komandaya yeni futbolçular cəlb olunacaq.
- Uzun müddətdən sonra milli komandamızda dəyişikliklər oldu. Bu barədə fikirləriniz necədir?
- Mahmud Qurbanovu uzun müddətdir tanıyıram. Məşqçilik fəaliyyətinə yeni başlamasına baxmayaraq, inanıram ki, nəsə edə biləcək. Norveç millisi ilə noyabrın 16-da Bakıda keçiriləcək oyunda futbolçularımız milli komandada çıxış etməyin məsuliyyətini başa düşməlidir. Əgər öz potensiallarını ortaya qoysalar, istənilən komanda ilə oynamağa qadirdilər. Fərqi yoxdur, baş məşqçi əcnəbidir və ya yerli. Əsas məqsəd milli komandanın uğurları olmalıdır. Yaxşı nəticə əldə etmək üçün bütün qüvvələri ilə mübarizə aparmalıdırlar.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib