“Qəbələ” klubunun brazilyalı yarımmüdafiəçisi Luis Paulo Hilarionun (Dodo) Qol.Az saytına müsahibəsi
- “Sumqayıt”la yoxlama oyununda 2:1 hesabı ilə qələbə qazandınız. Bu matç haqda fikirlərini bilmək istərdik.
- Qarşıda Azərbaycan çempionatında bizi çətin oyunlar gözləyir. Fasilə zamanı belə yoxlama görüşlərinin komandaya xeyiri çox olur. Həm səhvləri görürsən, həm də fiziki cəhətdən komanda daha da hazırlaşır.
- Çempion olmaq iddianız qalırmı?
- Mən bir futbolçu kimi həmişə çalışıram ki, ən yüksək yerlər uğrunda mübarizə aparım. Azərbaycan Premyer Liqasında ilk pillələr uğrunda mübarizə aparan çox güclü komandalar var: “Qarabağ”, “Neftçi”, “İnter”. Bilirik ki, bizi çətin oyunlar gözləyir. Amma komandamızın çempion olması üçün əlimizdən gələni edəcəyik. Çünki bunu həqiqətən istəyirik. Hədəfimiz yenidən Avropa miqyaslı yarışlara vəsiqə qazanmaqdır. Klubumuzda hamı bunun üçün çalışır və bütün oyunlara bu məqsədlə çıxırıq.
- Komanda da əhval-ruhiyyə necədir?
- Bizim çox yaxşı rəhbərliyimiz və baş məşqçimiz var. Oyunçuların bütün problemləri komanda şəklində həll edilir. Hər bir oyunçu ilə ayrı-ayrılıqda maraqlanırlar. Bütün bunlar da bizi çempionluğa aparan yolda vacib məsələlərdəndir. Baş məşqçimiz Avropada bir çox klubda işləyib. Uğurlarımız üçün bütün bacarığını ortaya qoyub. Biz də onun və rəhbərliyin etimadını doğrultmağa çalışırıq.
- Avropanın bir çox klubunda oynamısan. Bu gün Azərbaycan futbolu ilə Avropa futbolu arasında nə kimi fərqlər var?
- Azərbaycanda futbol hələ təzə inkişaf etməsinə baxmayaraq, tez bir zamanda özünü yaxşı cəhətləri ilə göstərməyə başlayıb. Mənimçün surpriz oldu ki, ölkənizdə Avropa səviyyəli komandalar var. “Qarabağ”ı qeyd edərdim. Bu komandanın Avropa Liqasının qrup mərhələsinə düşməsi və qələbəsi sübut edir ki, Azərbaycan futbolu artıq inkişaf yolundadır. İnanıram ki, bir neçə ildən sonra artıq Azərbaycan klubları Avropa komandalarına çox ciddi rəqib olacaq.
-“Sumqayıt”la yoldaşlıq görüşü zamanı azarkeşlər tərəfindən komanda yoldaşına qarşı edilən irqçi şüarlarla bağlı nə deyə bilərsən?
- Belə hadisələr yolverilməzdir. Ona görə yox ki, mən də qara dəriliyəm deyə, təhqir edilən Ekiqonu müdafiə edirəm. Sadəcə, azarkeşlər başa düşməlidir ki, biz bu ölkədə qonağıq və hörmətlə qarşılanmalıyıq. Xorvatiyada oynayanda mən də belə hallarla qarşılaşmışam. Futbolçuları irqçi şüarlarla təhqir edən azarkeşləri, ümumiyyətlə, stadionlara buraxmaq lazım deyil.
- Azərbaycan Premyer Liqasında oynayan həmyerlilərindən kiminlə yaxın münasibətin var?
- Artıq dörd ildir ki, Azərbaycandayam. Bir çox klublarda dostlarım var. Amma əsasən “Qarabağ” və “Neftçi”nin oyunçuları, xüsusilə Flavinyo, Kardoso, Reynaldo, Almeyda ilə yaxın münasibətdəyəm.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib