Türkiyə mediası 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb.
Qol.Az-ın Heydər Əliyev Fondunun saytına istinadən yaydığı xəbərə görə, qardaş ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazıb. Məqalələrdə qeyd olunub ki, 2015-ci il iyunun 12-28–də keçiriləcək oyunlarda 49 ölkədən 6 mindən artıq idmançı 20 növ üzrə mübarizə aparacaq: “Avropada yeni bir həyəcan yaradacaq və hər dörd ildən bir keçiriləcək Oyunlar həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara özlərini sınamaq fürsəti verəcək, idmanın bəzi növlərində isə seçmə mərhələ funksiyası daşıyacaq”.
Ölkə gündəminə təqdim olunan reportajlarda bildirilir ki, 2002-ci ildən başlayaraq taekvondodan gimnastikaya, voleyboldan futbola qədər idmanın müxtəlif növləri üzrə 36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda sonuncu dəfə bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya oyunlarında təmsil olunan Azərbaycan bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Yazılarda qeyd olunur ki, Azərbaycandakı birinci Avropa Oyunları 21 məkanda keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə təmir olunaraq Oyunlara hazır vəziyyətə gətirilir: “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən “Baku Crystal Hall”da Avropa Oyunlarında həndbol və qapalı məkanlarda keçirilən digər idman növləri üzrə yarışlar təşkil olunacaq. Bununla yanaşı, Bakıda 7300 yerlik Olimpiya şəhərciyi də tikilir.
KİV-lərdə diqqətə çatdırılıb ki, açılış mərasimi hazırda inşası davam edən 65 min yerlik Bakı Olimpiya Stadionunda keçiriləcək. Stadionun təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, FİFA və UEFA prezidentləri Zep Blatterin və Mişel Platininin iştirak etdikləri xüsusi vurğulanıb.
Avropa Oyunları 2012-ci il dekabrın 9-da Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında Oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Türkiyə mətbuatında yer almış materiallarda Heydər Əliyev Fondu tərəfindən bu günədək bir neçə ölkədə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərin keçirildiyi qeyd edilir. Bu sırada Kann, Afina və Berlində birinci Avropa Oyunlarının təqdimatına həsr olunan tədbirlərin təşkil edildiyi bildirilir.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq