Bu gün "Bakı-2015" Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün öz rəsmi veb saytında Qeydiyyat səhifəsini açıq elan edib.
Qol.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, veb sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə "Bakı-2015" Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və "Bakı 2015"lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.
Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaqlar. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün Bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur.
Biz bilirik ki, idman azarkeşləri "Bakı-2015" Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”.
Qeydiyyat səhifəsi "Bakı-2015" Avropa Oyunlarının Bilet satışı üzrə Rəsmi Dəstəkçisi olan Tickethour şirkəti tərəfindən hazırlanıb tətbiq edilİB.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “İdman azarkeşləri yarışlarda iştirak etməklə qitənin ən üstün idmançıları üçün
yaradılmış bu unikal təcrübəni bölüşmək istəyəcəklər və biz bütün Azərbaycandan və Avropadan Oyunlara böyük maraq gözləyirik.
Bu sistem "Bakı-2015"lə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı yerdir. Ona görə də mən bilet alışında maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırıram”.
Veb saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək "Bakı-2015" Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
"Bakı-2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov