Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimi üçün bədii direktor təyin olunub.
Qol.Az-ın Sportnet.az-a istinadən verdiyi məlumata görə, Təşkilat Komitəsi dünya şöhrətli xoreoqraf Dimitris Papaioannou Açılış Mərasiminin Bədii Direktoru seçib.
Bunun üçün ABŞ-ın "FiveCurrents" şirkəti ilə müqavilə bağlanıb. Afina-2004 Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunur. Papaioannou Afina-2004 Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstan prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə Qızıl Xaç Şərəf Ordeninə layiq görülüb.
Həmin vaxtdan o, bütün dünya üzrə həyata keçirilən və yüz minlərlə tamaşaçını birləşdirən bir sıra təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olub. Direktor yeni iş birliyi ilə bağlı bunları deyib: "Bakı 2015-in Açılış Mərasiminin təşkili üçün təyin olunmağım mənə həm şərəfdir, həm də maraqlı vəzifə. Arzum Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə, dərinliyinə hər zaman hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır".
"FiveCurrents" Soçi-2014 Qış Olimpiya Oyunlarının mərasimlərini, Rio-2007 və Quadalaxara-2011 PanAmerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il Şənliyini həyata keçirib.
"FiveCurrents" şirkətinin prezidenti və icraçı prodüsseri Givens: "Bakı-2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu bizi son dərəcə sevindirir. Bakını dünya səhnəsində nümayiş etdirmək və unudulmaz idman və bəşəriyyət bayramını həyata keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbrsizliklə gözləyirik.”
Daha sonra Bakı-2015-in Baş İcraçı Direktoru, gənclər və idman naziri Azad Rəhimova söz verilib: "Bu Avropa Olimpiya Oyunlarının Açılış və Bağlanış Mərasimləri Bakını və Azərbaycanı dünyaya nümayiş etdirmək üçün gözəl imkandır. Əminəm ki, möhtəşəm idman tədbirlərinin Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək.”
Bu gün Bakı-2015-in Açılış və Bağlanış Mərasimlərində iştirak etmək üçün 6000 könüllü proqramına ərizə qəbulunu elan edir. Seçimlər noyabrda başlayacaq və Bakı-2015-in Mərasimlər komandası yaradıcılıq həvəsi olan, təşəbbüskar, enerjili və öz ölkəsini dünyaya təqdim etmək istəyənləri işə cəlb edəcək.
Bakı-2015-in Mərasimlər üzrə direktoru xanım Katerin Uqvu: "Biz Dimitrisi və "FiveCurrent" komandasını Bakıda salamlamaqdan çox məmnunuq. Dimitrisin bədii təxəyyülü ilə "FiveCurrent"in təcrübəsi Açılış Mərasiminin unikal və unudulmaz olmasını təmin edəcək. 6000 könüllü ifaçı Azərbaycanda indiyə qədər keçirilmiş ən böyük canlı tamaşanın iştirakçısına çevrilməklə yadda qalan təəssüratlardan zövq alacaqlar”.
Qeyd edək ki, Avropa Olimpiya Oyunlarının açılış mərasimi 12 iyun, tikintisi davam edən 68000 tamaşaçı tutumlu× Milli stadionda və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi