"Bakı 2015" Avropa Oyunları bu gün Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında ilk sazişi bağladığını bəyan edir.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, sazişə əsasən, NTV Spor kanalı bütün Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.
NTV Spor kanalı televiziya, internet və mobil platformalar üzərindən hər gün yeddi saat Oyunların təqdimatını keçirəcək. Həmin yeddi saatın böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "İlk beynəlxalq yayım sazişi bağladığımızı elan etməyə çox şadam. Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq.
Beynəlxalq İdman Yayımı Şirkəti ilə yanaşı çalışaraq ev sahibi olan yayım şirkətimiz NTV Spor kanalı, mümkün qədər çox idman azarkeşinin bir sıra media platformaları üzrə ətraflı yayımdan faydalanmasını təmin edəcək".
Türkiyədə böyük idman tədbirlərini yayımlayan NTV Spor kanalı Avropa Oyunlarında oynanılan hər bir idman növünün keyfiyyətli şəkildə təqdim edilməsinə xidmət edəcək.
Doğus Media Group-un İdman Qrupunun prezidenti Fuat Akdağ bildirib: "Biz bütün Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və Bakı 2015 ilə işləməyi səbirsizliklə gözləyirik.
Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir".
Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan əlavə edib: "Bu saziş Türkiyənin hər yerindəki idman azarkeşlərini bir araya gətirəcək və bütün Türkiyə xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq.
Biz hər zaman yaxın qonşumuz olan Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə bu tarixi əlaqəni daha da möhkəmləndirəcək".
NTV Spor kanalı Türkiyənin ən böyük media konqlomeratlarından birinin bir hissəsi olan Doğus Media Group-a məxsusdur.
Beynəlxalq İdman Yayımı Şirkəti Oyunlar müddətində 800 saatdan artıq canlı, müasir televiziya təqdimatı nümayiş etdirəcək.
"Bakı 2015" Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq."Bakı 2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və dördü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov