“Bakı”nın “Lans”la əməkdaşlığı yeni üfüqlər açmaqdadı.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, artıq hər iki ölkə arasında olan münasibətlər Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin də diqqət mərkəzindədi.
Belə ki, Mönye bu gün “Bakı” futbol klubunun təlim-məşq bazasının qonağı olub. Səfir ilk növbədə burda yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub, ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baş çəkərək, “Bakı”nın üzvləri ilə görüşüb.
Qeyd edək ki, bu gün həmçinin Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da klubun qonağı olub. Daha sonra “Bakı”nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovla görüşüblər.
Mönye ziyarət zamanı “Bakı” və “Lans”ın əməkdaşlığının iki ölkə üçün vacibliyini vurğulayıb. Öz növbəsində Xil Marin də Madrid “Atletiko”su ilə işbirliyinin İspaniya və Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də idman əlaqələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Ardından Hafiz bəy qonaqlara təşəkkürünü bildirərək, Fransa və İspaniya ilə yaradılmış çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək istəyi haqda məlumat verib. Azərbaycanda futbolun inkişafında ölkə prezidenti İlham Əliyevin böyük rolunu xüsusi vurğulayan Məmmədov səfirə “Bakı”nın tarixi nailiyyətlərindən və infrastruktur quruculuğundan da danışıb. Görüşün sonunda H. Məmmədov Mönyeyə “Bakı”nın formasını hədiyyə edib.
Yuxarı
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?