"DÇ-2012"nin açılış mətbuat konfransı keçirildi (FOTOLAR)

"DÇ-2012"nin açılış mətbuat konfransı keçirildi (FOTOLAR)
FIFA U-17 21 Sentyabr 2012 / 15:06 2098
-  A +

Xəbər verdiyimiz kimi, bu gün FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransda FİFA-nın prezidenti Yozef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və FİFA Təşkilat Komitəsinin sədri səlahiyyətlərini icra edən Anastasia Tsichlas iştirak ediblər.

İlk olaraq AFFA prezidenti konfrans iştirakçılarını salamlayıb: "FIFA-nın rəhbərliyinə təşəkkür edirik ki, bizə inandılar və bu çempionatın Azərbaycanda keçirilməsinə razılıq verdilər. Hazırlıq dövründə yüksək səviyyədə işlər görməyə çalışdıq. Artıq iştirakçı komandaların hamısı Azərbaycandadır. Biz də çempionat davam etdiyi dövrdə ölkəmizin qonaqpərvərliyini göstərəcəyik".

FİFA-nın prezidenti Yozef Blatter görülən işlərdən razı qaldığını qeyd edib: "Xoş sözlərə görə AFFA prezidentinə təşəkkür edirəm. Sabah start götürəcək dünya çempionatı böyük tarixi hadisədir. Çempionatın Azərbaycanda keçirilməsi qadın futbolunun inkişafı baxımından əhəmiyyəlidir. Bu dəfə fərqli məkandayıq. Tarixi aspektdən yanaşsaq, Bakı müxtəlif mədəniyyətlərin qovuşağında yerləşir. Futbol hamı üçün açıqdır. Burada müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Dünya çempionatında bütün qitələrdən komandalar var. Azərbaycan çempionatın keçirilməsinə xüsusi səy göstərdi. Ölkə prezidenti cənab İlham Əliyevin qayğısı, himayədarlığı daim hiss olunur. AFFa prezidenti Rövnəq Abdullayev tərəfindən də göstərilən diqqəti qeyd etmək istəyirəm.

Açılış mərasiminin xüsusi əhəmiyyəti var. Təntənəli açılış mərasimi keçiriləcək ki, indiyə qədər bunu heç yerdə izləməmişik. Tədbirdə Cenifer Lopez kimi dünya şöhrətli müğənni iştirak edəcək. Azərbaycanda hər şey yüksək səviyyədə təşkil edilib. Gözəl mühit, şərait yaradılıb. FIFA-nın bütün tələbləri yerinə yetirilib. Maraqlı oyunlar izləyəcəyimizə ümid edirik".














Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq