Qambiya və Nigeriya yığmaları Azərbaycanda (FOTOLAR)

FIFA U-17 18 Sentyabr 2012 / 15:11 1876
-  A +

Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının açılışına 4 gün qalmış yarışa qatılacaq iştirakçı komandaların ölkəmizə gəlişi davam edir.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kanada, Kolumbiya və Çin milli yığmalarının ardınca U-17 qadınlardan ibarət Qambiya və Nigeriya milli komandaları da artıq Azərbaycandadır.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu "Top Top Qız" qarşılayıb. "Top Top Qız" qarşılama ənənəsinə sadiq qalaraq qonaqları salamlayaraq gül dəstələri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib.

Daha sonra qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət Qambiya və Nigeriya milli komandalarının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından böyük ruh yüksəkliyi ilə qalacaqları otellərə doğru yola düşüblər. 

Qeyd edək ki, komandaların heyəti bu cür diqqətli və qonaqpərvər  qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.






























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq