Kolumbiya millisi Bakıya gəldi (FOTOLAR, VIDEO)

Kolumbiya millisi Bakıya gəldi (FOTOLAR, VIDEO)
FIFA U-17 15 Sentyabr 2012 / 15:14 2645
-  A +

FİFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi artıq başlayıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəmizə təşrif buyuran ikinci komanda Kolumbiya yığması olub.
 
Mundial iştirakçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu "Top-Top Qız" qarşılayıb.

"Top-Top Qız"ın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandanın üzvləri qalacaqları otelə yola düşüb. Kolumbiya yığması qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildirib.
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq