Mehriban Əliyeva yeni stadionun açılışında iştirak etdi (FOTOLAR)

Mehriban Əliyeva yeni stadionun açılışında iştirak etdi (FOTOLAR)
FIFA U-17 14 Sentyabr 2012 / 02:48 4307
-  A +

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilib.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.

Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa olunub. Stadionda uşaqlar idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul ola biləcəklər.

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə FİFA standartları səviyyəsində tikilmiş yeni stadion istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verilib ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəkləri də bildirilib.

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət edib. Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olundu.
Heydər Əliyev Fondunun prezidenti futbolçu qadınlarla xatirə şəkli çəkdirib.

Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.

Sonda Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzulayıb.


Mənbə: Trend.az


























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq