Ötən həftə Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start verildi. Açığı, ilk oyunlarda gözlədiyimiz nəticələr olmadı. Yalnız “İnter” səfərdə Estoniyanın “Trans” klubunu 5:0 hesabıyla darmadağın etməklə çoxlarını təəccübləndirdi. Təəccübləndirdi o mənada yox ki, heç kim “bankir”lərdən qələbə gözləmirdi. Xeyr, əksinə, Sxadadzenin rəhbərlik etdiyi komandadan da qələbə gözləyirdik. Ancaq hesabın bu cür olacağını heç kim təxmin etməmişdi. Lakin “İnter” rəqibini səfərdə darmadağın etməklə məsələni bitirdi və cavab matçını formallığa çevirdi.
Ancaq təəssüf ki, “İnter”dən fərqli olaraq, daha çox ümidlər bəslənən “Xəzər Lənkəran” və “Bakı” ümidləri doğrultmadı. Lənkəran klubu evdə Estoniyanın “Nomme Kalyu”, “Bakı” isə Sloveniyanın “Mura-05”nın müqavimətini qıra bilmədi - 2:2, 0:0. Bu isə o deməkdir ki, səfərdəki matçlar təmsilçilərimiz üçün çox çətin olacaq. Təbii ki, cavab oyunları olmamış və cütlüklərin taleyinə aydınlıq gəlməmiş, hansısa konkret fikir söyləmək düzgün olmazdı. Mən sadəcə, ilk oyunda qələbəmizə mane olan bəzi səbəblərə toxunmaq istəyirəm və ümid edirəm ki, həmin problemlər cavab qarşılaşmalarında bizə mane olmayacaq.
“Xəzər Lənkəran”ın “Nomme Kalyu” ilə matçını canlı olaraq, stadiondan izlədim. İnsaf naminə, lənkəranlılar 90 dəqiqə rəqibindən daha üstün oynadı. Düzdür, oyun heç də bir qapıya getmədi və demək olmaz ki, estonlar mərkəzi keçə bilmirdilər. Əksinə, qonaqlar bəzən “Xəzər Lənkəran”ın 5 hücumundan sonra bir hücum təşkil etsə də, keyfiyyət etibarıyla daha təhlükəli olurdular. Lənkəran təmsilçisi isə qapının ağzına kimi gəlsə də, rəqib qapısı qarşısında real təhlükə yarada bilmirdi. Bir səviyyəli hücumçuya ehtiyac olduğu aşkar görünürdü. Baxmayaraq ki, Branimir Subaşiç kifayət qədər fəallıq göstərməyə çalışdı, qol da vurdu, amma hiss olunurdu ki, get-gedə təkbaşına mübarizə aparmaq çətinləşir. Sonradan meydançaya daxil olan Rikardo Qomeşin isə varlığı ilə yoxluğu bilinmirdi. Manuel Skarlatake ilə Ruslan Abışovun da ümumi ansambla tam uyğunlaşmaması hiss olunurdu.
Ümumiyyətlə, Adrian Piti çıxmaq şərtilə bütün futbolçular bacarıqlarından aşağı səviyyədə çıxış etdilər. Bu gün isə artıq cavab matçı oynanılacaq.
Mənim fikrimcə, “Xəzər Lənkəran”ın işi çox çətindir. Onlar nəyin bahasına olursa-olsun, qol vurmalıdılar. Əgər futbolçular ilk oyunda olduğu kimi, real imkan yaratmaqda çətinlik çəksələr, işlər çətin olacaq. Estonlar daha rahat oynayacaqlar. Səfərdə vurulan 2 qolun gətirdiyi üstünlük, üstəgəl doğma meydança, azarkeş dəstəyi. Bir daha deyirəm, şəxsən mənim üçün Lənkəran klubunun mərhələ keçəcəyi çox çətin görünür. Ancaq onlar buna borcludular. İnanın ki, UEFA səbətindən bundan zəif rəqiblə qarşılaşmaq ehtimalı yoxdur. Yəni, “Xəzər Lənkəran” bu gün “Nomme Kalyu” kimi klubu da məğlub edə bilmirsə, o zaman mənim bu komandaya deyiləsi sözüm qalmır.
“Bakı” isə 2 həftə bundan qabaq Sloveniya toplanışı çərçivəsində 4:0 hesabıyla məğlub etdiyi klubun müqavimətini qıra bilmədi. Əlbəttə, biz də başa düşürük ki, yoxlama görüşü ilə rəsmi görüş arasında xeyli fərq var, bundan başqa, “Mura-05” 0:4-lük məğlubiyət zamanı əsas heyətin 5-6 futbolçusunun xidmətindən istifadə etməmişdi. Ancaq bütün bunlar “Bakı”nın evdə rəqibin müqavimətini qıra bilməməsinə bəraət qazandırmır. Təsəvvür edin, “Mura-05” Bakıya oyun günü gəlir, amma çıxıb “Bakı”ya layiqincə müqavimət göstərir. Ən azından özünə hörmət edən futbolçu bundan xəcalət çəkməlidir. Ancaq “Bakı”nın futbolçuları Sloveniya təmsilçisini hiyləgərlikdə günahlandırır. Lap deyək ki, “Mura-05” özünü kasıb, qeyri-peşəkar klub kimi qələmə verməklə, “Bakı”da arxayınçılıq yaradır. “Bakı” da arxayınlaşmasın. Səfərə cəmi bir dəst forma ilə çıxan, dəyişək olmadığı üçün Azərbaycan I Divizionunda oynayan komandanın formasına möhtac qalan bir klubu məğlub etməməyin bəraəti ola bilərmi?
“Xəzər Lənkəran”da olduğu kimi, “Bakı”da da hücumçu probleminin olduğu açıq-aşkardı. Parks və Verpakovskis zədəlidir (Perpakovskisin, ümumiyyətlə, gələndən bəri düz-əməlli futbol oynadığı mənim yadıma gəlmir). Komanda demək olar gənc və təcrübəsiz Rəhman Hacıyevin ümidinə qalıb. Lənkəranlılar kimi, onlar da ilk oyunda topa daha çox nəzarət etsələr də, rəqib qapısı önündə ciddi təhlükə yarada bilmirdilər. Düzdür, “Xəzər Lənkəran”la müqayisədə “Bakı”nın şanslarını cüzi də olsa çox görürəm, amma yenə də əminliklə nə isə deməyə çətinlik çəkirəm. Bir onu bilirəm ki, hər iki komanda ağır sınaq qarşısındadır. Ya bu sınaqdan üzüağ çıxıb özlərini sübut edəcəklər. Ya da... Hər iki komandamıza (“İnter”i artıq növbəti mərhələdə hesab edirəm) uğurlar arzulayıram və inanıram ki, “Xəzər Lənkəran” bu gün, “Bakı” isə iyunun 12-də qələbə qazanmaqla II mərhələdə “İnter”i tək qoymayacaq.
Anar XANLAROV
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı