Səhv etmirəmsə, 2007-ci il idi, 17 yaşlı futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilirdi. Millimizin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən növbəti matçının hakimi Türkiyənin tanınmış FİFA referilərindən olan Fırat Aydınus idi.
Qarşılaşmadan sonra ona yaxınlaşıb qısa müsahibə götürmək istəyimi bildirərkən mənə dedi ki, hakimin öz oyunu ilə bağlı müsahibə verməsi UEFA tərəfindən qəti qadağan olunub. Bu yaxınlarda analoji dialoq Vüsal Əliyevlə də yaşandı. Bu dəfə isə ona zəng edib qalmaqallı “Turan”-“Kəpəz” matçında baş verənlərə münasibət öyrənmək istədim. Aydınus kimi FİFA referisi adını daşıyan Vüsal bəy də çox səmimi şəkildə bildirdi ki, UEFA hakimlərə öz oyunu haqqında şərh verməyi qadağan edib və bu prinsip AFFA Hakimlər Komitəsinin fəaliyyətində də keçərlidir.
Yəni hansısa açıqlama verməsi onun cəzalanması ilə nəticələnə bilər. Başqa bir FİFA referimiz Fariz Yusifov da idarə etdiyi AZAL - “Neftçi” oyunundan sonra yayılan qalmaqallı fikirlərə münasibət bildirmək üçün telefon vasitəsilə yerli telekanalların birində yayınlanan futbol verlişinə qoşularkən analoji addımı atdı. Belə ki, o da oyunla bağlı danışmağa ixtiyarının olmadığını deyərək, yalnız Bahadır Nasimovu söydüyünə dair yayılan xəbərlərin yalnış olduğunu deməklə kifayətləndi. Bir sözlə, artıq tam əmin oldum ki, həqiqətən də hər hansı bir hakimin öz oyunu ilə bağlı, müsahibə bir yana, adi açıqlama verməsi belə qadağandır.
Ancaq ötən gün mətbuatdan oxuduqlarım məni sözün əsl mənasında təəccübləndirdi. Bildiyiniz kimi, I divizionun ilk turu çərçivəsində Neftçalada keçirilən “Neftçala” - “Qaradağ-Lökbatan” matçı qalmaqalla yadda qalmışdı. Daha doğrusu, Qaradağ futbolçuları hakimin idarəçiliyindən kəskin narazı qalmış, onu kobud səhvlərə yol verməkdə ittiham etmişdilər. Klubun hakimlikdən narazı qalması, bununla bağlı bəyənat yayması, lazımı qurumlara şikayət etməsi normaldı.
Ancaq normal olmayan sözügedən qarşılaşmanın baş hakimi Ramiz Əhmədovun öz idarə etdiyi oyunla bağlı mətbuata yarım səhivəlik açıqlama verməsidir. Əhmədov açıqlamalarında verdiyi qərarları, mübahisəli epizodları özünün xeyrinə əməlli-başlı təhlil etmiş, “Qaradağ-Lökbatan” komandasının məşqçilərini futbolu bilməməkdə ittiham etmişdi. İndi ortaya sual çıxır? Əgər bir hakiminki öz idarə etdiyi oyunla bağlı şərh verməsi birbaşa UEFA tərəfindən qadağan olunubsa, o zaman Əhmədova kim ixtiyar verib ki, bu təlimatı pozsun? Yoxsa, bizdə bəzi hakimlər UEFA-nın tətbiq etdiyi yox, öz tətbiq etdikləri qaydalarla işləyirlər? Bəyəm dərəbəylikdi? Görəsən AFFA Hakimlər Komitəsi hara baxır? Nəyə görə təlimatı pozan hakim cəzalanmır? Yoxsa, Rasim Əhmədov Fariz Yusifovdan, yaxud Vüsal Əliyevdən artıq hakimdir?
Maraqlıdır ki, Əhmədovun ardınca mətbuata açıqlama verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “mən olsaydım, o tərbiyəsizlərin hamısını meydandan qovardım” fikirlərini səsləndirib. Ancaq yaxşı olar ki, Xaqani Məmmədov kimisə meydandan qovmazdan əvvəl təlimatı kobud surətdə pozaraq idarə etdiyi oyun haqqında açıqlama verən öz hakimi ilə bağlı ölçü götürsün.
Anar XANLAROV,
Qol.Az saytı üçün
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi