Açığı, “Bakı” - “Xəzər Lənkəran” oyunu çox xoşuma gəldi. Həqiqətən də havanın soyuq və yağışlı olmasına baxmayaraq, hər iki komanda azarkeşlərə bacardıqları qədər maraqlı, gərgin və qismən də baxımlı oyun nümayiş etdirə bildi. Həm 4 qol gördük, həm gərgin mübarizə, həm də havada “uçun” sarı və qırmızı vərəqələr. Ancaq bu oyunda bir nəfər, daha doğrusu, iki nəfər sözün əsl mənasında məni hövsələdən çıxardı. Bunlardan biri “Bakı”nın baş məşqçisi Aleksandr Starkov, digəri isə eyni komandanın hücumçusu Marius Verpakovskis idi.
Marius haqqında uzun uzadı danışmağa ehtiyac yoxdur. Mən bu futbolçu haqında sözümü demişəm və bildirmişəm ki, o, “Bakı” üçün bu mövsümün zərəri oldu. Verpakovskis öz futbolunu 2004-cü ildə Latviya millisinin, sonralar isə Kiyev “Dinamo”sunun heyətində oynayıb. İndiki Verpakovskis həmin Verpakovskisin oynadığının 10/1-də oynamır. Bu gün bu futbolçu “Bakı”ya fayda verəcək gücdə və səviyyədə deyil. “Xəzər Lənkəran”la oyunda sırf hücumçu kimi oynamasına baxmayaraq, ilk hissədə 3-4 real şansı boşa verdi. Lakin fasilədən sonra onunla mövqe dəyişikliyi edən Parks sırf hücumçu kimi 2 qol vurmaqla latviyalıya kimin ön xətdə daha layiqli olduğunu sübut etdi.
Təsəvvür edin, hücumçu, özü də legioner, ancaq geridə qalmış 10 tur ərzində cəmi 1 qol vurub, o da çempionatın aşkar audsayderi olan “Sumqayıt Şəhər”in qapısına. Əgər bu göstəriciyə görə kimsə Verpakovskisi tərifləyirsə, o zaman mənim futboldan anlayışım yoxdur. Hər kəs gördü ki, “Xəzər Lənkəran”la oyunda əvəzlənməsi gərəkən ilk futbolçu məhz latviyalı idi. Çünki meydançada boş-boş ora-bura qaçmağı bir yana, hətta komanda yoldaşlarının min-bir əziyyətlə yaratdlığı imkanları da boşa verirdi. Ancaq iki ayağını bir başmağa dirəyən Starkov sanki bizlərin acığına həmyerlisini meydançada saxladı və əvəzində öncə kifayət qədər yaxşı təsir bağışlayan Rəhman Hacıyevi, daha sonra isə oyunun ən fəalarından olan, “Xəzər Lənkəran” müdafiəsini əməlli-başlı həyəcan içində saxlayan Uinston Parksı əvəzlədi. Elə mən deyərdim, oyunun qırılma nöqtəsi də o an oldu. Çünki Parks meydançadan çıxandan sonra “Xəzər Lənkəran” müdafiəsi rahat nəfəs aldı və hücuma daha böyük qüvvə ilə çıxmağa başladı. Halbuki Hacıyevin yerinə Verpakovskis əvəzlənməli idi. Məhz həmin anda Fabio Luis Ramimi meydançaya buraxaraq, onu Parksın arxasında oynatmaq daha böyük effekt verərdi. Çünki Ramim Marisudan texnikalıdır və ortada Şoliçlə çox gözəl anlaşa bilərdilər. Həm də artlq neçə ildir bir yerdə oynadıqlarından bir-birlərini də gözəl başa düşərdilər.
Bundan başqa, nəzərə alaq ki, braziliyalının uzaq məsafədən qüvvətli zərbələri var və bu cür yağışlı havada həmin zərbələr də işə yarayardı. Ancaq qeyd etdiyimiz kimi, Starkov fəalları əvəzlədi, faydasız həmyerlisini meydançada saxladı. Nəticədə, lənkəranlıların böyük qüvvə ilə artan təzyiqi yekunda öz nəticəsini verdi və hesab bərabərləşdi.
Adamı ən çox yandıran isə odur ki, öz həmyerlisinin, rus demiş, bezdarnı oyununu və başqa bir legioner Marko Şarliyanın “quşlar”ını ört-basdır edən Starkov məğlubiyyətə əsas səbəb kimi yerli futbolçu olan Cəmşid Məhərrəmovun qırmızı vərəqə almasını qabartdı. Latviyalı mütəxəssis başa düşməlidir ki, o israrla Verpakovskisi meydançada saxlamaqla onun düzgün yox, əlsində yararsız transfer olduğunu sübut etmiş olur. Bu gün latviyalının şəxsi prinsiplərinə görə əvəzedici komandaya göndərdiyi Jaba Verpakovskisən qat-qat çox bu komandaya xeyir verə bilər.
Düzü, mən bimirəm Starkovun bu addımı aşkar yerlibazlıqdır, yoxsa yersiz inad, ancaq onu dəqiq bilirəm ki, bu cür prinsipial mövqe tutmaqla, latviyalı mütəxəssis ilk növbədə özü öz kreslosunu laxladır. Hər halda, yazdıqlarım mənim bu gün üçün gəldiyim şəxsi qənaətdir. Zənnimdə nə qədər yanılıb yanılmadığımı isə zaman göstərəcək.
Anar XANLAROV,
Qol.Az saytı üçün
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var