Cihan Özkara, Aleksandr Çertoqanov, Ufuk Budak, Əli Gökdəmir, Branimir Subaşiç... Bir dəqiqə, bu hansı komandanın heyətidir? Yanlış heyətə baxıram, yoxsa...Yaponiya - Azərbaycan 2:0, Azərbaycan: ... Cihan Özkara, Aleksandr Çertoqanov, Ufuk Budak, Əli Gökdəmir, Branimir Subaşiç...
Yox, qətiyyən səhv eləmirəm, hətta əmin olmaq üçün AFFA-nın rəsmi saytına da baxdım, bu ki, bizim millinin heyətidir. Bəlkə Azərbaycanda yeni ad soyadlara keçilib, mənim xəbərim yoxdur...
Vallah, adam bilmir artıq nə yazsın. Hə, yaponlara da uduzduq. Özü də bərbad oyunla (bizim onsuz bütün oyunlarımız bərbaddı). Nolsun? Burda yeni nəsə var? Nə qədər eyni şeydən yazmaq olar? Daha bu millinin formasını geyinən top qovanlara deyilməyən söz qalmayıb, artıq az qala söz ehtiyatımız da qurtarıb, Azərbaycan leksikonunda işlənməyən söz qalmayıb, axı, nə deyək? Onsuz da heç nə dəyişmir, heç nə düzəlmir. Yenə milli komanda ən super şəraitdə bəslənilir, amma nəticə yoxdur. Bu küçə futbolunun sonu olacaq, ya yox?
Bəli, məhz küçə futbolu. Uşaqlıqda hamımız küçələrdə top qovmuşuq. Onda necə oynayırdıq? Taktika yox, bir şey yox, hamı bir nəfər kimi qabağa qaçır, arxaya da kefi istəyən qayıdır, kefi istəyən yox. Belə deyək, anarxiyalı, başıpozuq oynanılan futbol. Bax, bizim milli də bu cür futbol oynadığından mənim üçün küçə futbolundan fərqlənmir. Yaponlar bizi sözün əsl mənasında ələ saldılar. Buraxılan hər iki qolu gördünüz. Peşəkar komanda, peşəkar futbolçu o cür səhv edər? İlk qolda Kaqava müdafiə xəttimizi “sürüdü”. İkinci qolda isə yaponlar bizi elə çaş-baş saldı ki, qolu özümüz öz qapımıza vurduq. Hələ qaçırılan çoxsaylı imkanları demirəm. Hələ bu adi yoxlama görüşüdür, Yaponiya ikinci qoldan sonra arxayınlaşdı, bizimkilərə oynamaq imkanı verdi. Sabah Portuqaliya, Rusiya kimi millilər bizə bu imkanı verməyəcək. Bəsdirin də, ayıbdır axı.
Bu cür şərait yaradıblar sizə heç olmasa, bundan utanın da (əgər üzünüz varsa). Bəli, Yaponiya bizdən güclüdür, bizdən səviyyəli futbolçulardan təşkil olunub, ən azı Hindistan, Sinqapur deyil. Baxmayaraq ki, biz heç Sinqapura qarşı da bir qələt edə bilmədik. Amma heç olmasa, çıxıb “vuruşmaq” lazımdır axı.
Foqts deyir ki, hədəfimiz AÇ-2016-ya yollanmaqdır. Deyirəm, bu kişi də ya yaşlaşdıqca sayaqlayır, ya da bizi ələ salır. Ay Foqts, sənin bu komandan bu oyunla AÇ-2016-ya ancaq və ancaq turist kimi yollana bilər.
Yazının girişindəki futbolçuların adlarını da elə-belə, havadan yazmadım. Mən başa düşmürəm, bu, Azərbaycan millisidir, yoxsa, muzdlulardan təşkil olunmuş legionerlər millisi. Görəsən, Foqts Subaşiçin “Xəzər Lənkəran”ın heyətində sonuncu dəfə nə vaxt qol vurduğunu xatırlayır? Yaxud, kimdir Ufuq Budak, Cihan Özkaya, Əli Gökdəmir? Burada Türkiyə millisinin filialını açmışıq? Bu futbolçular azərbaycanlı futbolçulardan nə ilə fərqləndilər? Əgər əlahiddə bir oyun ortaya qoydularsa, deyin, mən də bilim. Bu gedişlə hara gedirik, bu futbolçuları milliyə kim dəvət edir, onların məqsədi nədir? Aşağı yaş qruplarından ibarət milliləri Dağıstan millisinə dönəriblər. Əsas milli də yavaş-yavaş türklərin əlinə keçir. Bir tərəfdən də məsəl var, yeməyənin malını yeyərlər. Nə qədər ki, bizim futbolçular qəyiyyətsizlik, səriştəsizlik, qeyri-peşəkarlıq, qorxaqlıq nümayiş etdirib evin içində 5 manata oynayacaqlar və içlərində Avropaya getmək, daha səviyyəli futbol oynamaq istəyi olmayacaq, hələ biz çox Cihanları, Ufuqları, Gökdəmirləri, Aleksandrları, Subaşiçləri milli formada görəcəyik.
Anar XANLAROV
"Milan"dan yeni transfer
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı
"Beşiktaş" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı
Asif Məmmədov məşqçiliyə başlayıb
UEFA-dan 1 dəqiqəlik sükut qərarı
"Milan" səfər formasını təqdim etdi - Şəkillər
"Daha iddialı olmağa çalışacağıq" - "Turan Tovuz"un kapitanı
AFFA-nın baş katibinə yeni müavin təyin olunub
Azərbaycan klubu 7 futbolçu ilə yollarını ayırdı
"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - Şəkillər
Jotanın faciəvi ölümünə səbəb olan qəzanın - Təfərrüatları
"Kəpəz"in iki rəqibi açıqlandı
"Liverpul"un məşhur futbolçusu faciəvi şəkildə həlak oldu
Falkao klubsuz qaldı
Azərbaycanın millisi Avropa ikincisi oldu
Avropa kubokunda iştirak edəcək cüdoçularımız kimlərdir?