Artıq “Avro-2012” əsas mərhələsinə qədəm qoyur. Bu gün start götürəcək qrup mərhələsindəki son turun oyunları ilə yavaş-yavaş 1/4 mərhələnin iştirakçıları məlum olmağa başlayacaq. Təbii ki, futbol ictimaiyyətinin, azarkeşlərinin, futboldan yazan jurnalistlərin əsas müzakirə mövzusu da məhz Polşa və Ukraynada keçirilən Avropa çempionatıdır. Hərə öz fikrini bildirir, proqnozunu verir, azarkeşlik etdiyi komandanı dəstəkləyir. Mən də özü-özlüyümdə qısaca araşdırma aparıb proqnoz vermək bacarığımı yoxlamaq istəyirəm. Baxmayaraq ki, bu işlərlə heç vaxt məşğul olmamışam və bu mənim üçün o qədər də maraqlı olmayıb. Bu yazını proqnoz kimi yox, adi bir jurnalistin təhlili kimi qəbul edə bilərsiniz. Öncə ondan başlayım ki, həmişə olduğu kimi, bu turnirdə də Almaniya milisini dəstəkləyirəm. Daha doğrusu, 1990-cı il dünya çempionatından bu yana bu komandaya azarkeşlik edirəm. Düşünürəm ki, “Avro-2012”nin də qalibi məhz onlar olacaq. İndi isə daha ətraflı təhlilə və proqnozlarma keçim.
Açığı Rusiyanın oyununu çox bəyənirəm. Yeganə komandadır ki, hesabda öndə olsa da oyunu hücumda keçirir. Xorvatiya haqqında da xoş sözlər demək olar. Hətta mən düşünürəm ki, onlar ya İspaniyanı, ya da İtaliyanı qrupda qoyub ¼ finala vəsiqə qazanacaqlar. Hollandiyanın fiaskosunu da normal qarşılamaq lazımdır. Əgər İtaliya qrupda qalsa, bunu daha böyük hadisə kimi qarşılamaq olar. Çünki bu zaman italyanlar Xorvatiyaya boyun əymiş olacaq. Xorvatiyanın isə dünya futbolundakı çəkisi İtaliyadan azdır. Ancaq B qrupunda vəziyyət 3 nəhəngi üz-üzə qoyub ki, bunlardan da birinin uğursuzluğa düçar olacağı qaçılmaz idi. Hər halda qrupdan üç yox, iki komanda ¼ finala vəsiqə qazanır. Bu dəfə uğursuz Hollandiya oldu. Əminəm ki, bu uğursuzluğu Hollandiya yox, Portuqaliya və ya Almaniya yaşasaydı yenə eyni dərəcədə ajiotaj doğuracaqdı. Odur ki, hollandların iddialı komandalarla mübarizədən məğlub ayrıldığını düşünsək, bunu faciəyə çevirmək lazım deyil. Ukraynaya da böyük simpatiyam olsa da, açığı etiraf etməliyəm ki, onların oynadığı futbol nəhənglərlə ayaqlaşmağa imkan vermir. Məsələn, bu gün Rusiya və Xorvatiya Ukraynadan daha baxımlı, daha gözəl futbol oynayırlar. Ukraynalıların heyətində ulduz futbolçu yoxdur. Heç Alan Dzaqoev səviyyəsində də futbolçu yer almır. Ümid yalnız 36 yaşlı Andrey Şevçenkoyadır ki, onun da hazırkı gücü, təcrübəsi yalnız İsveç kimi komandalarla oyuna yetərlidir. Şeva artıq əvvəlki Şeva deyil ki, təkbaşına Fransa, İngiltərə kimi komandaları məğlub etsin. Bu mənada onların qrupdan çıxacağını çox istəsəm də, bunun baş verəcəyinə inanmıram. Yəqin ki, ¼ finala vəsiqəni ingilislərlə fransızlar qazanacaq. Çoxları finalda Almaniyanın İspaniyaya rəqib olacağını düşünür. Ancaq nədənsə mən öz müşahidələrimə əsaslanaraq belə fikirləşirəm ki, Rusiya millisi sürpriz edərək, finala çıxa bilər. Dzaqoevin isə turnirin kəşfi olacağını proqnozlaşdırıram. Bombardir isə yəqin ki Qomez olacaq. Hər halda bunlar mənim proqnozlarımdı:
Çempion: Almaniya
Sürpriz: Rusiya
Tapıntısı: Alan Dzaqoev
Bombardir: Mario Qomez
Proqnoz vermək bacarığımın hansı səviyyədə olduğunu çempionatın sonunda biləcəm.
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü