U-21-in biabırçı çıxışı haqqında o söz qalmayıb ki, yazmayaq, deməyək. Bernhard Lippert bu milliyə baş məşqçi təyin olunan gündən bu günə hər ötən gün uçuruma bir addım daha yaxınlaşırıq. Mən bunu dəfələrlə demişəm və sözümü də sübut eləməyə hazıram. Lippert məşqçi kimi çox yararsızdı və səviyyəsi çox aşağıdır. Onu elə günü bu gün Azərbaycandan qovmaq lazımdır, QOVMAQ.
3 ildir U-21-in baş məşqçisidir və bu müddətdə gənclər yığmamız cəmi 1 rəsmi oyunda qələbə qazanıb ki, onda da Bakıda Albaniyanı böyük çətinliklə üstələmişik (3:2).
Milyonlar xəcrlənir, komandaya ən yüksək səviyyədə şərait yaradılır, ölkə xaricində ən bahalı otellər sifariş olunur, baş məşqçi ilinə 1 milyon avro pul qazanır (Hər halda mən bu qədər eşitmişəm və hətta deyilənə görə bir qədər də artıqdı), ancaq U-21 3 ildə cəmi 1 qələbə qazanır. Budur inkişaf? Nə vaxta kimi Lippert kimi səviyyəsiz məşqçilər Azərbaycanın pulunu yeyib gələcəyini şikəst edəcək?
Düşünürdüm ki, nəhayət, gec-tez AFFA rəhbərliyi də bu biabırçılığa bir əncam çəkəcək və Azərbaycan futbolunu Lippert adlı qara yaradan qurtaracaq. Ancaq bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədovun Lent.Az-a verdiyi müsahibəni oxuyanda sözün əsl mənasında şoka düşdüm.
İndi mənə aydın oldu ki, Lippert niyə bu cür rahatlıqla ayağını ayağının üstünə aşırıb işini davam etdirir. Fikir verin, görün Məmmədov U-21-in uğursuzluğuna necə don geyindirir: “Yığmamız İngiltərəyə 0:6, Belçikaya 1:4 hesabı ilə uduzub. Amma hazırda U-21 yığması əsas millimiz üçün körpü rolunu oynayır. Almaniya “Frayburq”undan dəvət etdiyimiz Ufuk Budak məhz bu yığmanın heyətində yoldaşlıq görüşünə qatıldıqdan sonra komandanın baş məşqçisi Bernhard Lippert tövsiyə etdi, Berti Foqts isə onu əsas milliyə çağırdı. Məncə, bizim əsas diqqətimiz U-17 ilə əsas yığmamızın uğurlu çıxışını yönəlməlidir. U-19 və U-21-dən isə dünyanın bir çox ölkəsində körpü kimi istifadə edirlər. Biz də bu strategiyanı 3 il öncə müəyyənləşdirmişik. Görürsünüz, AFFA rəhbərliyi U-21-in çıxışlarını çox da tənqid etmir. Çünki başa düşürük ki, oradakı futbolçular əsas yığmamıza vəsiqə qazanacaqlar”.
Mən başa düşmürəm Elxan Məmmədov bizi ələ salır? Biz deyirik qovun bu Lipperti getsin, amma Məmmədov çıxıb nağıl danışır. Yaxşı, cənab Məmmədov, lap sizin məntiqinizlə desək, U-21 körpü rolunu oynayır. O zaman sizi əmin edirəm, bir "körpü"nün ki, “memarı” Lippertdi, o zaman həmin körpünü sel aparacaq. Futboldan az-çox anlayışı olan şəxs bilir ki, bu gün 1:4, 0:6, 0:8 hesabıyla uduzan futbolçudan sabah milli komandada da heç nə gözləməyinə dəyməz. Ya siz bunu bilmirsiniz, ya da bilə-bilə çıxıb bu milləti ələ salırsınız. Ufuk Budakı misal çəkirsiniz? Ufuk Budaq kimdir axı? Bəlkə böyük futbolçu olub, Avropanın nəhəng klublarının transfer siyahısına düşüb, bizim xəbərimiz yoxdur? Gəlin gedək Azərbaycanın rayonlarına? Ufuk kimi yüzlərlə uşaq göstərim sizə.
Yenə deyirəm, çıxın havaya sovrulan milyonların hesabatını verin bu millətə, körpü nağılı danışmayın. Bilmirsinizsə, biz deyək, siz də bilin. U-19, U-21 milliləri nəticə verməyən ölkənin əsas millisi məhvə məhkumdur. Bəli, bu millilər futbolçuları əsas milliyə aparan körpüdür. Amma həmin körpünün təməli sağlam olmalıdır Lippert qoyan çürük təməl kimi yox.
Sizin məntiqinizdən belə çıxır ki, hər gələnə xal verməliyik, qapımızı “aşsüzən” etməliyik, adını da qoymalıyıq ki, bu körpüdür? Fransanın U-19 millisi yayda keçirilən Avropa çempionatının qalibi oldu. Əgər siz deyən məntiq doğru olsaydı o zaman fransızlar heç çempionluq haqqında düşünməzdilər deyərdilər ki, “əşi U-19 onsuz körpüdür, əsas olan əsas milli”.
Yaxud Portuqaliyanın gənclər yığması 1990-cı il Avropa çempionu adını qazandı və Luiş Fiqu, Rui Koşta, Fernando Koutu kimi gənclər sonradan Avropaya səs saldılar, Portuqaliya futbolunun qızıl nəsli adını qazandılar. Bu misalları ona görə çəkdim biləsiniz ki, gənclər millisi nəticə verməyən ölkənin əsas millisi uğursuzluğa məhkumdur.
Anar XANLAROV,
Qol.Az saytı üçün
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?
"Türkiyə D liqası səviyyəsində futbol oynadı" - Video
Arda Güler üzr istədi
"Barselona" Salahdan imtina etdi
Rəqibləri Azərbaycan millisidir - Rusiya açıqladı
Milli Məclisdə millimizin uğursuzluğundan danışıldı
Misli Premyer Liqasında 14-cü turun hakimləri
Millimizə 4 qol vuran futbolçu nə dedi?
Rusiya millisi Uruqvayla qarşılaşacaq
Azərbaycan millisinin biabırçı statistikası