İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı

İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
BOKS 17 Noyabr 2026 / 00:31 79
-  A +

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.

QOL.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.

Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.

Hər iki görüş noyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, çempionata noyabrın 24-də yekun vurulacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.11.26  13:19

Yamal onu təhqir etdi

topaz banner