Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər

Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
ÖLKƏ FUTBOLU 16 Noyabr 2026 / 22:24 439
-  A +

Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu - 66-cı matçına çıxması münasibətilə xüsusi hədiyyə verilib.

QOL.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama görüşü başlamazdan əvvəl yarımmüdafiəçiyə üzərində 66 nömrəsi olan forma təqdim edib.

Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisində çıxış edən “Neftçi”nin futbolçusu keçirdiyi 66 oyunda 15 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner