Murad Fətiyev bürünc medal qazandı

Murad Fətiyev bürünc medal qazandı
CÜDO 8 Oktyabr 2026 / 18:43 3346
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizə aparıb.

Kişilər

90 kq

Murad Fətiyev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Theodoros Tselidislə (Yunanlstan) görüşüb. Fətiyev qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Klen Kristoferi (Estoniya) məğlubiyyətə uğradıb.

Cüdoçumuz 1/4 finalda Fransa təmsilçisi Aleksa Metroviça qalib gələrək yarımfinala yüksəlib. 1/2 finalda onun rəqibi Yaponoya cüdoçusu, dördqat dünya çempionu Tadzima Qoki olub. M.Fətiyev ipponla uduzub. O, bürünc medal uğrunda Nemanya Maydovla (Serbiya) qarşlaşıb və ona qalib gələrək bürünc medala sahib çıxıb.

Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. Elcan bu mərhələdə Fransa cüdoçusu Nqayap Ambuya uduzaraq mübarizəni başa vurub.

Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb və uduzub.

Qadınlar

70 kq

Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni erkən başa vurub.

Azərbaycanın 4 medalı var

Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner