Misli Premyer Liqasının üçüncü turu çərçivəsində "Qəbələ" "Şamaxı" ilə qolsuz heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
“İlk 15 dəqiqəni yaxşı keçirdik. Epizod yaratdıq, amma onu qolla tamamlaya bilmədik. Oyunun qurulmasında çox şey asılı olan futbolçular var. Təəssüf ki, Bruno Silva özünü göstərə bilmədi. O, digər cinah oyunçumuz Meşak Uboçioma ilə birlikdə komandanın oyununu anlamağa başlamalıdır. Oyunun tempini başa düşməlidirlər. Mən bunu çoxdan deyirəm, Azərbaycan çempionatında oyunların tempi yüksəlib. Daha sonra yenidən təzyiq etməyə başladıq. Bir çox epizod yaratdıq, amma qol vura bilmədik. Təşəbbüsümüzü reallaşdıra bilmədik”.
“Komanda mövsümdə ilk xalını qazandı, amma hələ də qol vura bilmir. Bu, komandaya nə dərəcədə təzyiq yaradır?” sualına Sxadadze belə aydınlıq gətirib:
“Təbii ki, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç oyundur qol vura bilmirik. Bu, normal deyil. Bu vəziyyət həm məşqçilər korpusuna, həm də futbolçulara təzyiq yaradır. Amma bu gün istədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video