“Şaxtyor”un baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqiblər və onun üçün xüsusi əhəmiyyət daşıyacaq oyunlar barədə danışıb.
QOL.az xəbər verir ki, Donetsk təmsilçisi Liqa mərhələsində evdə (Ukraynadakı müharibə səbəbindən Londonda - QOL.az) “Real” (İspaniya), “Sportinq” (Portuqaliya), “Fənərbaxça” (Türkiyə) və AEK (Afina, Yunanıstan) ilə qarşılaşacaq. “Şaxtyor” səfərdə isə “İnter” (İtaliya), PSV (Niderland), “Leypsiq” (Almaniya) və “Slovan” (Slovakiya) ilə oynayacaq.
Arda Turan “Şaxtyor”un mətbuat xidmətinə açıqlamasında rəqiblərdən xüsusilə “Real” və “Fənərbaxça” ilə matçların onun üçün emosional olacağını bildirib:
“Şübhəsiz, mənim üçün çox emosional olacaq bir neçə qarşılaşma var. Futbolçu karyeram ərzində “Real”la prinsipial rəqib kimi dəfələrlə üz-üzə gəlmişəm. Təbii ki, “Fənərbaxça” ilə də eyni rəqabət olub. Bir-birimizə qarşı oyunlarda kuboklar qazanmışıq, mübarizədə uduzmuşuq və hər iki kluba qarşı çoxlu derbi oynamışam. Buna görə də bu qarşılaşmaların hər ikisini böyük hörmətlə xatırlayıram”.

Türkiyəli mütəxəssis digər rəqiblərlə də şəxsi bağlarının olduğunu qeyd edib:
“İnter”də Hakan Çalhanoğlu oynayır. O, mənim üçün sadəcə keçmiş komanda yoldaşı deyil, demək olar ki, qardaş kimidir. O, millimizin kapitanıdır, indi isə bir-birimizə qarşı oynayacağıq.
“Real”da Arda Güler var. O, ölkəmizin ən parlaq istedadlarından biridir, Türkiyə futbolunun ümidini və gələcəyini təmsil edir. Hamımız onunla fəxr edirik.
Bəlkə də hamının xatırlamadığı başqa bir əlaqə də var. “Leypsiq”in baş məşqçisi Martin Demikelis mənim komanda yoldaşım olub. O, yüksək səviyyəli peşəkar idi və çox yaxşı karyera keçirib. Onunla birlikdə oynamaq mənim üçün gözəl təcrübə idi. Buna görə “Leypsiq”lə qarşılaşma da mənim üçün çox xüsusi olacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsi sentyabrın 8-də başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt