Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçəyə (0:0) razılaşıb.
QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb və və jurnalistlərin suallarını cavablayıb.
"Yeni mövsümün başlaması münasibətilə bütün futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, bu gün bizi çox çətin oyun gözləyir. Hazırlıq prosesində bir az gecikməmiz oldu, cəmi 5 həftə məşq edə bildik. Ümumilikdə futbolçuların meydanda göstərdiyi mübarizədən razıyam. Lakin başa düşürük ki, potensialımız bundan daha çoxdur. Məşqlərdə daha da yaxşı çalışıb, qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik".
- Qarşıda ard-arda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar gəlir. Komanda bu ağır matçlara hazırdırmı?
- Bəli, bizi qarşıda çox çətin oyunlar gözləyir. İnanıram ki, builki çempionat daha maraqlı və gərgin olacaq. Biz bütün rəqiblərə qarşı eyni qaydada, ciddi şəkildə hazırlaşacağıq. Çalışacağıq ki, həmin matçlarda da yaxşı nəticələr qazanaq.
- Əvvəlki iş yerinizdə rəhbərliklə müəyyən problemlər yaşamışdınız. "Araz-Naxçıvan"da rəhbərliyin dəstəyini kifayət qədər hiss edirsiniz?
- Fürsətdən istifadə edib klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mənə həqiqətən çox böyük dəstək olurlar. Gördüyünüz kimi, istədiyimiz futbolçuları da komandaya cəlb ediblər.
- Mamadu Kane oynamağa tam hazırdır?
- Komandaya ən son qoşulan futbolçulardan biri məhz Kanedir. Ona görə də onunla bağlı çox risk etmək istəmirik. Yenidən optimal formaya gəlməsi üçün hələ bir qədər vaxt lazımdır. Fiziki durumunu tam bərpa etdikdən sonra onu da meydanda görəcəyik.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı