Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "İmişli" "Araz-Naxçıvan" ilə heç-heçəyə (0:0) razılaşıb.
QOL.az xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Fərid Namazov oyundan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb.
"Çempionatın ilk oyunu həmişə ağır keçir. Meydanda bərabərsəviyyəli mübarizə getdi və hər iki komandanın qol epizodları oldu. Taktiki baxımdan istədiyimiz kimi oynamağa, həm hücumda, həm də müdafiədə tapşırıqları yerinə yetirməyə çalışdıq. Püşkatmadan dərhal sonra rəqibi təhlil etməyə başlamışdıq. Əsas planımız sadəcə rəqibin hücumlarının qarşısını almaq yox, öz oyunumuzu nümayiş etdirib inkişaf etdirmək idi. Bu gün həm biz, həm də rəqib qələbə qazana bilərdi".
- Çempionatın ən gənc baş məşqçilərindən birisiniz. Premyer Liqadakı ilk oyununuzda hansı hissləri keçirdiniz?
- Təbii ki, çox xoş hisslərdir. Lakin yaş məsələsinə o qədər də fikir vermirəm. Çünki bu səviyyəyə gəlib çatdıqdan sonra yaş amili arxa planda qalır və digər təcrübəli məşqçilərlə mübarizəyə qoşulursan. Hazırda bütün diqqətimi həm özümü, həm də komandamı inkişaf etdirməyə yönəltmişəm.
- Gənc mütəxəssis kimi üzərinizdə böyük təzyiq olacaq. Buna hazırsınız?
- 3-4 turdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı tam dəqiqləşəcək. Rəqiblərimizlə bağlı müəyyən məlumatlarımız var. Təzyiqə gəlincə, bu mütləq olmalıdır. Biz sağlam tənqidlərə həmişə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan hər zaman müəyyən təzyiq altında olmalıdır ki, daha yaxşı yerlərə gəlib çata bilsin.
- Oyuna baxdıqda, "İmişli"nin 3 xalı əldən verdiyini demək olar?
- Yaxşı qol epizodlarımız oldu, xüsusən də standart vəziyyətlərdən. Məşqlərdə bunun üzərində çox çalışırıq. Amma qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. Çünki "Araz-Naxçıvan"ın da kifayət qədər təhlükəli qol epizodları var idi.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı