"Sabah" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında komandasının hazırlıq səviyyəsi, avrokuboklardakı şansları və futbolçuların fiziki durumu danışıb:
"İlk növbədə rəqibimizə "xoş gəldiniz" demək istəyirəm. İnanıram ki, qonaqpərvərliyimizi hiss edəcəklər. Oyunçularımızın hər biri sabahkı sınağa hazırdır. Tamamilə matça köklənməliyik. Meydanda həm özümüz, həm də azarkeşlərimiz üçün oynayacağıq".
Litvalı mütəxəssis komandasının Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək şansları barədə danışıb:
“Düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir. Sabahkı ev oyununda favorit olduğumuzu hesab edirəm. Amma meydançaya çıxanda bu statusu sübut etməlisən. Kağız üzərində daha güclü görünə bilərsən, lakin bunu oyunda göstərmək lazımdır. Hələ ikinci mərhələni keçməmişik, ona görə də üçüncü raund və ya sonrakı mərhələlər barədə danışmağın mənası yoxdur. İndi bütün diqqətimizi sabahkı oyuna və səfər matçına yönəltməliyik. Bu mərhələni adlasaq, növbəti mərhələ haqqında danışarıq”.
Dambrauskas komandasının hazırkı fiziki durumunu da dəyərləndirib:
“Heç kim bilmir. Bəlkə beş oyundan sonra, bəlkə on, bəlkə də on beş oyundan sonra pik formaya çatacağıq. Hər mövsüm fərqlidir, hər rəqib də özünəməxsusdur. Kimin daha yaxşı formada olması barədə danışmağın mənası yoxdur. Bizim vəzifəmiz hazırkı durumumuzu düzgün qiymətləndirmək, hansı futbolçuların daha yaxşı formada olduğunu müəyyənləşdirmək və düzgün oyun planı qurmaqdır. Sabah bizi yalnız bir oyun maraqlandırır”.
Baş məşqçi hücum xəttindəki rəqabətə də münasibət bildirib:
“Bilmirəm, burada hansı məsuliyyətdən söhbət gedir. Mənim məsuliyyətim komandanı qarşıdakı oyunda qələbəyə hazırlamaqdır. Müdafiəçilərim də var, hücumçularım da. Hər mövqedə kiminsə oynaması, kiminsə ehtiyatda qalması normaldır. Ola bilsin, tərcümə zamanı hansısa anlaşılmazlıq yaranıb. Mən həmişə komanda üçün ən yaxşı qərarı verməyə və ən hazır heyəti seçməyə çalışıram”.
O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mümkün rəqiblər barədə sualı da cavablandırıb:
“Bütün diqqətimi sabahkı oyuna yönəltmişəm. Hazırda bizim üçün ən vacib məsələ budur”.
Qeyd edək ki, "Sabah" - KuPS oyunu iyulun 21-də saat 20:00-da başlayacaq.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi