Bir neçə ölkədə legioner həyatı yaşayan azərbaycanlı futbolçu Nazim Məmmədzadə karyerasını erkən başa vurub.
Bu barədə QOL.az-a açıqlamasında 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Son olaraq Maldiv adalarının "Maziya" klubunda çıxış edən futbolçu "Zirə"də çalışacağını bildirib: "Maziya" ilə müqaviləm başa çatmışdı. Bakıya qayıtdım və "Zirə"də yeni yaradılan Skautinq Departamentinin rəhbəri Eltun Yaqublu ilə danışdıq. Mənə çox maraqlı iş kimi gəldi. Həmin departamentdə çalışacam. Həm futbolun içində olursan, həm də Rəşad Sadıqov, Eltun Yaqublu kimi insanların yanında çox şey öyrənmək olar. Ona görə də bu təklifi qəbul etdim".
O, 25 yaşında karyerasını bitirmək qərarını isə belə izah edib: "Artıq 25 yaşım var. Yerli klublardan yalnız 1-ci liqa təmsilçilərindən təkliflər var idi. Ölkə xaricinə isə getmək istəmirdim. Ona görə də artıq karyeramı bitirmək qərarına gəldim".
Qeyd edək ki, N.Məmmədzadə İspaniya və Polşanın aşağı liqa klubları, Şimali Makedoniya, Latviya və Qırğızıstanda isə elita təmsilçilərində çıxış edib. O, Azərbaycanın U-21 millisinə də dəvət alıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış