“Onlar pul üçün, biz komanda ruhu ilə oynayırdıq”.
QOL.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı bildirib.
Honkonqda keçirilən şahmat üzrə partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsindəki oyunlarda Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu, dünya reytinqinin lideri Maqnus Karlsenə qalib gəlib.
Maqnus Karlsen kimi dünya şahmatının ən böyük adlarından birini məğlub edən Aydın Süleymanlı bildirib ki, Maqnus Karlsen ən yaxşı şahmatçılardan sayılır və belə vacib bir matçda ona qalib gəlmək yaxşı nəticədir:
“Bu, komanda yarışı idi və bizim oyunumuz davam edən zamanı hesab 2.5 - 2.5 idi. Həmin an bilirdim ki, qalib gəlsəm bu, çox böyük, unudulmaz an ola bilər. Çünki komanda artıq mənim sayəmdə qazanmış olacaqdı. Ona görə motivasiyalı oldum. Nəticədə “WR Chess” komandasına 3.5 – 2.5 hesabı ilə qalib gəldik”.

Gənc şahmatçı qeyd edib ki, bu qələbəni karyerasının ən böyük yox, unudulmaz uğuru adlandırmaq olar. O, son illər dünya şahmatında gənc qrossmeysterlərin liderlərə qarşı daha cəsarətli çıxış etməsinin səbəbini onlayn şahmat oyunları ilə əlaqələndirib:
“Əvvəlllər gənclər güclü şahmatçılarla çox qarşılaşmırdı. Qarşılaşanda da təcrübə az olduğu üçün həyəcanlanırdı. İndi isə onlayn şahmatda istədiyin vaxt güclü şahmatçı ilə oynaya bilərsən. Bu, artıq adi hala çevrilib. Belə olanda təcrübə və daha yaxşı nəticə əldə etmək olur”.
Aydın Süleymanlının fikrincə, “WR Chess” kimi Karlsen, Karuana, Uesli So və Maksim Vaşye-Laqravın yer aldığı ulduzlarla zəngin komandaya qarşı qələbənin sirri komanda ruhundadır:
“Bizim rəqiblərimiz dünyanın ən güclü şahmatçıları idi. Amma onları bir araya toplayan yeganə səbəb pul idi. Biz isə komanda olaraq bir-birimizlə yaxınıq, dostuq və komanda ruhu yüksəkdir. Bunun hesabına qalib gəldiyimizi düşünürəm”.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış