2026/27 mövsümündə Sumqayıt şəhərində iki stadion UEFA-nın Konfrans Liqasının oyunlarına ev sahibliyi edəcək.
QOL.az-ın daha əvvəl xəbər verdiyi kimi, Belarusun BATE klubu Konfrans Liqasında ən azı birinci mərhələnin ev matçını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək. Buna səbəb Ukraynadakı müharibə ilə əlaqədar UEFA-nın Belarus komandalarına rəqiblərini doğma meydanlarında qəbul etmək qadağası qoymasıdır.
Beləliklə, iyulun 16-da BATE-nin "Elbasani" (Albaniya) ilə cavab görüşü "Mehdi Hüseynzadə" stadionunda təşkil olunacaq.
QOL.az-ın əldə etdiyi xəbərə görə, Sumqayıta üz tutan digər klub isə Azərbaycan təmsilçisi "Zirə"dir. Onlar ilk dəfə bu mövsüm Konfrans Liqasında ev görüşünü Sumqayıtda keçirməli olacaq. Lakin BATE-dən fərqli olaraq, "Zirə" ev oyununu Mehdi Hüseynzadə adına stadionda deyil, Sumqayıtda - daha kiçik tutumlu "SOCAR Polymer Arena"da keçirəcək. "Zirə"nin iyulun 8-də "Torpedo"ya (Kutaisi, Gürcüstan) görüşü məhz həmin arenada keçiriləcək. Artıq UEFA-nın saytı da oyunun bu arenada keçiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, Bakıda UEFA tələblərinə cavab verən stadionlardan Tofiq Bəhramov adına arenada "Qarabağ", "Neftçi Arena"da "Neftçi", Masazır qəsəbəsində isə "Sabah" avrokubokda ev oyunlarını keçirəcək. Mərdəkandakı "Dalğa Arena"nın isə ot örtüyü dəyişdirildiyindən "Zirə" birinci mərhələ üçün həmin arenanı UEFA-ya sifariş edə bilməyib.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış