“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan (4:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- İlk tsiklin son günü idi. İstəyirdik belə bir oyun olsun. “Zirə” ilə danışdıq. Düşünürəm ki, faydalı hazırlıq matçı alındı. Oyunu 3 hissəyə böldük. Ümumən 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular hamısı məsuliyyətlə hazırlaşırdı. Düzdür, zədə və ya başqa səbəbdən bütün futbolçuların bir yerdə olmaması bir qədər yaxşı deyil. Buna baxmayaraq, yoxlama oyununda yeni gələnləri də 30 dəqiqə iş başında gördük. Komandaya yeni qoşulublar. Hər biri haqqında təəssüratım xoşdur. Ümid edirəm ki, gələcəkdə daha yaxşı, daha aktiv olacaqlar və komandaya fayda verəcəklər.
- “Qarabağ”da gedən yenilənmə prosesinin sürəti sizi qane edir?
- Tam yox. Düzdür, ümumilikdə pis getmir. Yavaş-yavaş istədiklərimizi həyata keçiririk. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha sürətli olmasını istərdim. Vaxtımız var. İnanıram ki, düşündüklərimizi edə biləcəyik.
- Konkret danışıq apardığınız mərkəz müdafiəçisi var?
- Bu yöndə çox ciddi iş, danışıqlar gedir. İstərdik tez alınsın. Amma yubana da bilər. Vaxtımız var.
- Yenə gedənlər olacaq?
- Ola bilər.
- Heyətdəki yenilənməni nəzərə alsaq, avrokuboklara I mərhələdən start vermək “Qarabağ”ın lehinədir, ya əleyhinə?
- Bunun müsbət tərəfləri də var, mənfi də. Bəlkə daha çox zamanımız olsaydı, daha çox yoxlama oyunu keçirsəydik, bundan yaxşı olardı. Gedənlərə baxmayaraq, təcrübəli oyunçularımız var. İnanıram ki, avrokubokların startına qədər yaxşı formada olacağıq. Çatışmazlıqları aradan qaldıracağıq. Hansısa çətinliklər ola bilər. Yeni komanda formalaşır. Bu hallara hazır olmalıyıq.
- Neçə futbolçu alınsa, bu, sizi qane edəcək?
- Say deyə bilmərəm. Amma bir neçə mövqeyə oyunçu lazımdır.
- Yeni transferlərin durumunu necə dəyərləndirirsiniz?
- Hazırda pis deyillər. Lakin uyğunlaşma üçün vaxt lazım olacaq. Hər mövqeyə oyunçularla danışıqlarımız gedir. Həm müdafiə, həm orta, həm də hücumu gücləndirməliyik. Mütləq şəkildə bunu etməliyik.
- Çempionatda məlumdur, bəs avrokuboklarda “Qarabağ”ın hədəfi nə olacaq?
- Hədəfimiz eyni qalır. Yenə də avrokubokların qrup mərhələsində iştirak etmək istəyirik.
- Kamilo Duranı “Zirə” ilə yoxlama matçında cinahda gördük. Onu gələcəkdə də cinahlarda sınayacaqsınız?
- Oyundan asılıdır. Duranın həm hücumun mərkəzində, həm də vinger kimi oynaması mümkündür. Bu, əlavə üstünükdür.
- Bugünkü matçda həm də klubun bir neçə yetirməsinə şans verdiniz...
- Maraqlı uşaqlar var. Onlar məşqlərdə bizimlə daha çox olacaqlar. İstərdim ki, tezliklə formalaşsınlar və əsas heyətin üzvünə çevrilsinlər. Gənclər arasında çox razı qaldığım, ümid etdiyim 2-3 futbolçu var.
- Leandro Andrade və Fabian Buntiçin gedişi realdır?
- Hələ heç nə rəsmiləşməyib. Amma yaxın günlərdə nələrsə ola bilər. Tək onlarla yox, başqaları ilə bağlı da.
- 1 illik fasilədən sonra “Qarabağ”da artıq yeni 5 nömrəli futbolçu var. Bəs 14 nömrəni nə vaxt görəcəyik?
- 14 nömrə bir az çətin sualdır (gülür).
- Bəhlul Mustafazadənin vəziyyəti necədir? Avrokubokların startına qədər hazır olacaq?
- Ümumən pis deyil. Bizlə məşqlərə başladı. Sonradan ayağında ağrılar hiss etdi. Gördüyümüz odur ki, toplanışın ikinci mərhələsində bizimlə birgə məşqlərə başlaya bilər.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu
Fernandeş Ronaldoya çatdı
"Oğluma görə qol sevincini belə qeyd etdim" - Qismət Alıyev
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
Arda Gülerin bu mövsüm La Liqada ilk qolu - Video
Niderland da İnfantinonu istefaya çağırdı
“Sabah” yeni oyunçu alır
Argentina millisinin üzvü "Roma"da
"Fənərbaxça" qalib gəldi, "Başakşehir"dən heç-heçə