Xəbər verdiyimiz kimi, UEFA "Turan Tovuz"u 2026/27 mövsümü Avropa kuboklarından uzaqlaşdırıb. Məsələ ilə əlaqədar Tovuz təmsilçisi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
QOL.az xəbər verir ki, indiki halda, yəni CAS qərarı dəyişməsə, Azərbaycanın yeni mövsüm avrokuboklarda dördüncü, Konfrans Liqasında ikinci təmsilçisi "Zirə" olacaq.
Həmçinin oxuyun: UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
Bu halda Misli Premyer Liqasını 4-cü pillədə başa vurmuş "Neftçi" üçüncü yeri tutmuş "Turan Tovuz"un əvəzləyicisi qismində Konfrans Liqasına 2-ci, 5-ci yeri tutmuş "Zirə" isə 4-cü yerin əvəzləyicisi olaraq yarışa 1-ci mərhələdən qoşulacaq.
Beləliklə, 2026/27 mövsümündə Azərbaycanı Avropa kuboklarında "Sabah" (Çempionlar Liqası), "Qarabağ" (Avropa Liqası), "Neftçi" və "Zirə" (hər ikisi Konfrans Liqası) təmsil edəcək.
Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da, II təsnifat mərhələsinin görüşləri isə iyulun 23-ü və 30-da keçiriləcək. Bu yarışın 1-ci mərhələsinin püşkü iyunun 16-da, ikinci mərhələnin püşkü isə iyunun 17-də atılacaq.
"Zirə" püşkatmatma səpələnmişlər, "Neftçi" isə səpələnməmişlər səbətində yer alacaq.
"Zirə"nin 26 mümkün rəqibi
“Velej” (Bosniya və Herseqovina)
“Virtus” (San-Marino)
“Liepaya” (Latviya)
“İlves” (Finlandiya)
“Santa Koloma” (Andorra)
“Connah’s Quay Nomads” (Uels)
“Bohemians” (İrlandiya)
“Styarnan” (İslandiya)
“Europa” (Cəbəllütariq)
“İnter” (Finlandiya)
“Malişeva” (Kosovo)
“Yelimay” (Qazaxıstan)
“Dinamo” (Tirana, Albaniya)
“UNA Ştrassen” (Lüksemburq)
“Hegelmann” (Litva)
“Penibont” (Uels)
NSİ Runavik (Farer adaları)
“Sileks” (Şimali Makedoniya)
“Mornar” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya)
“Marsaşlokk” (Malta)
“Nomme Kalyu” (Estoniya)
“Elbasani” (Albaniya)
“Karnarvon Taun” (Uels)
“Mondorf-le-Ben” (Lüksemburq)
“Petrovats” (Monteneqro)
"Neftçi"nin 41 mümkün rəqibi
“Braqa” (Portuqaliya)
“Ayaks” (Niderland)
“Kopenhagen” (Danimarka)
“Gent” (Belçika)
“Rapid” (Avstriya)
“Panatinaikos” (Yunanıstan)
“Ludoqorets” (Bolqarıstan)
FCSB (Rumıniya)
“Rakuv” (Polşa)
“Partizan” (Serbiya)
“Luqano” (İsveçrə)
AEK (Kipr)
“Başakşehir” (Türkiyə)
“Riyeka” (Xorvatiya)
ÇFR Kluj (Rumıniya)
HİK (Finlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Brann” (Norveç)
“Spartak” (Slovakiya)
“Hradets Kralove” (Çexiya)
“Austriya” (Avstriya)
“Katovitse” (Polşa)
“Vaduts” (Lixtenşteyn)
“Nordsyelland” (Danimarka)
“Tobol” (Qazaxıstan)
“Apollon” (Kipr)
“Hibernian” (Şotlandiya)
HB Torşavn (Farer adaları)
“Sion” (İsveçrə)
Həmçinin aşağıdakı klubların iştirak etdiyi I təsnifat mərhələsi cütlüklərinin qalibləri:
RFS (Latviya)
“Astana” (Qazaxıstan)
“Jalgiris” (Litva)
“Şkendiya” (Şimali Makedoniya)
“Balkani” (Kosovo)
“Linfild” (Şimali İrlandiya)
“Hamrun Spartans” (Malta)
“Milsami” (Moldova)
“Levadia” (Estoniya)
“Paide” (Estoniya)
“Differdanj 03” (Lüksemburq)
“Dinamo” (Minsk, Belarus)
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri