"Neftçi" Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:
- Heyətdə dəyişikliklər çox olacaq?
- Biz əsas məqsədimizə çatdıq və mövsümü başa vurduğumuz mövqe bizə Konfrans Liqasında iştirak etmək hüququ verir. Hazırda bir çox futbolçunun klubla müqaviləsi başa çatmaq üzrədir. Daha əvvəl də qeyd etdiyim kimi, oyunçularla bu barədə yekun danışıqlar mövsüm tam bitdikdən sonra aparılacaq. Lakin yüz faiz əminliklə deyə bilərəm ki, heyətin gücləndirilməsinə mütləq ehtiyac var və biz bu istiqamətdə fəal işləyəcəyik. Klubun rəhbərliyi ilə görüşümüz olacaq, onların suallarını cavablandıracağam. Həm Konfrans Liqasında, həm də daxili çempionatda yaxşı nəticələr əldə etmək üçün mütləq güclənməliyik. Sabahdan etibarən kimlərin komandada qalacağına, kimlərlə yolların ayrılacağına dair qərarlar qəbul ediləcək.
- Emil Balayev uzun fasilədən sonra yenidən milli komandaya dəvət aldı. Onun son matçlardakı inamlı çıxışını nəzərə alsaq, növbəti mövsümdən etibarən Emili "Neftçi"nin əsas qapıçısı kimi görə bilərikmi?
- İlk növbədə, Emili bu uğuru münasibətilə təbrik edirəm. O, son beş matçda həqiqətən də yüksək performans nümayiş etdirdi və məhz bu inamlı çıxışının sayəsində milliyə dəvət qazandı. İşimizə davam edirik, o, komandada əsl liderlərdən biridir. Lakin hazırda konkret olaraq kimin "bir nömrə" olacağını deyə bilmərəm. Buna yalnız təlim-məşq toplanışından sonra qərar verəcəyik. Məni ən çox sevindirən məqam odur ki, məsuliyyətli oyunlara çıxmaq üçün üç yüksək səviyyəli qapıçımız var: Emil Balayev, Kənan Piriç və Rza Cəfərov.
- Daxili transfer bazarında heyətə qatmaq istədiyiniz futbolçular varmı?
- Premyer Liqa klublarında həm keyfiyyətli azərbaycanlı, həm də yaxşı səviyyəli legioner futbolçular çıxış edir. Şəxsi seçimimə gəldikdə, mən bəlkə də daha çox yerli oyunçulara üstünlük verərdim. Çünki bununla həm də milli komandamıza dəstək olmaq istəyirəm. Çempionatımızda nə qədər çox keyfiyyətli yerli futbolçu yetişərsə, bu, milli komanda üçün bir o qədər faydalıdır. Təbii ki, Azərbaycanda çıxış edən və diqqətimizi çəkən əcnəbi futbolçular da mövcuddur. Əgər eyni mövqe üçün həm yerli, həm də əcnəbi namizəd varsa, legionerin səviyyəsi mütləq şəkildə daha yüksək olmalıdır ki, biz onu transfer edək. Əgər səviyyələr bərabərdirsə, mən birmənalı olaraq yerli futbolçunu seçərəm.
- Avrokuboklara tam hazırlaşmaq üçün qarşıda çox qısa bir vaxt var. Zaman azlığı komanda üçün hər hansı bir problem yarada bilərmi?
- Bu, təkcə "Neftçi"nin deyil, turnirdə iştirak edən digər komandaların da problemidir. Vaxt azlığının bizə mənfi təsir etməməsi üçün əlimizdən gələni edəcəyik. Mən istənilən vəziyyətə və ssenariyə hazıram.
- Azərbaycanda çalışdığınız müddətdə böyük rəğbət qazanmısınız və azarkeşlər klubun sizinlə uzunmüddətli əməkdaşlıq etməsini istəyirlər. Özünüzü belə bir uzunmüddətli layihəyə hazır hesab edirsinizmi?
- Klubla müqaviləmin bitməsinə hələ ən azı 1 ilim var və bu müddət ərzində komandanın uğurları üçün əlimdən gələni edəcəyəm. Məşqçilik peşəsi çox çətin və dəyişkəndir. Bu gün atın üstündəsən, sabah atdan düşə bilərsən. Əgər rəhbərlik tərəfindən uzunmüddətli layihə ilə bağlı belə bir təklif gələrsə, əlbəttə ki, bunu düşünərəm. Çünki mən həm Azərbaycanı, həm də buradakı insanları çox sevirəm. Burada işləməkdən həqiqətən məmnunam.
- Karyeranız ərzində Ukraynadan kənarda heç bir klubda uzun müddət fəaliyyət göstərməmisiniz. Bunun əsas səbəbi nədir?
- Mən Ukraynada kifayət qədər uzun müddət çalışmışam və məşqçilik karyerasının bütün mərhələlərini keçmişəm. Həm akademiyada, həm əvəzedici komandada, həm də əsas komandada təcrübəm var. Belarusda işlədikdən sonra yenidən Ukraynaya qayıdaraq "Krivbas"la bürünc medal qazandım. Əgər uyğun və iddialı təkliflər olarsa, bunu hər zaman dəyərləndirmək olar. Onu da qeyd edim ki, hazırda "Neftçi" kimi köklü və böyük bir kluba gəlmişəm. Burada işləmək üçün yaradılan şərait əladır. Geriyə sadəcə bu imkanlardan istifadə edib dayanmadan işləmək qalır.
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”