“Neftçi” və Azərbaycan üçün çox darıxıram. Həyatımın ən gözəl illərini orada keçirmişəm, o ölkədə çox yaxşı dostlarım var”.
Bu sözləri QOL.az-a açıqlamasında “Neftçi”nin keçmiş futbolçusu Flavinyo deyib.
2010-2015-ci illərdə “Neftçi”də çıxış edən, komandanın liderlərindən olmuş braziliyalı yarımmüdafiəçi hazırda ölkəsində məşqçi kimi fəaliyyət göstərir:
“Heç vaxt futboldan kənarda qalmamışam. Öz futbol məktəbim var. Özüm də məşqçilik edirəm. 20 yaşa qədər futbolçulardan ibarət komandaların məşqçisiyəm”.
Karyerasının ən parlaq dövrünü “Neftçi”də keçirən veteran futbolçu klubun sabiq rəhbərliyinin ona qarşı biganə davrandığını bildirib: “Təəssüf ki, komandadan ayrıldıqdan sonrakı illərdə “Neftçi” klubunun rəhbərliyi məni yada salmadı. Komandaya kömək etmək üçün dəfələrlə cəhd etdim, amma “Neftçi” mənə qapılarını açmadı".
Flavinyo bir gün yenidən “Neftçi”də olmaq, komandaya kömək etmək istədiyini də vurğulayıb: “Azərbaycanda çox dostum var. Doğrudan da ölkəniz üçün çox darıxıram. Bir gün qayıdıb “Neftçi”də işləmək və komandaya kömək etmək istəyirəm".
Flavinyo Yuri Vernidubun “Neftçi”yə gəlişindən sonra komandanın uğurlu çıxışlarından xəbərsizdir: “Düzünü desəm, son aylarda “Neftçi”nin oyunlarının necə keçdiyini bilmirəm. Bizim vaxtımızda futbolçuların həm istedadı, həm də böyük qələbə istəyi var idi. Bilirdik ki, klub üçün titullar qazanmaq və avrokuboklarda oynamaq çox vacibdir. Buna görə də bir neçə il bunu yaşadıq".
Flavinyo mərhum baş məşqçisi Böyükağa Hacıyevi də yada salıb. Onun komandanın ovaxtkı uğurlarında böyük payı olduğunu qeyd edib: “O, böyük məşqçi idi. Dünyasını dəyişdiyinə görə çox üzülmüşdüm. Mənə oğlu kimi yanaşırdı. Kapitan olduğum üçün həmişə məni otağına çağırırdı. Başqa oyunçuların bütün xırda səhvlərinə görə çağırıb məni danlayırdı (gülür). Amma bunların hamısı böyük sevgi və qayğı ilə edilirdi. Elə buna görə də komandamız çox uğurlu idi. Bütün kollektivimizdə birlik olduğunu hər kəs görürdü. Oyunlarımızda da bunu hiss edirdik. Bizi güclü edən həm də bunlar idi”.
Ramiq Ağaməmmədov
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri