“Turan Tovuz”un toqolu müdafiəçisi Emmanuel Hakmanın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 22-ci turunda “İmişli” ilə görüşdə xal itkisi ilə üzləşdiniz. Qolsuz bərabərliyi necə şərh edərdiniz?
- Bizim üçün vacib oyun idi. Meydana 3 xal üçün çıxmışdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Halbuki şanslarımız da var idi. Lakin nə qədər çalışsaq da, son nöqtəni qoymaq mümkün olmadı. Artıq növbəti matçları düşünməliyik.
- Demək olar ki, son matçlardan fərqli olaraq bu dəfə erkən qol vura bilməməyiniz işinizi çətinləşdirdi?
- Əlbəttə, erkən qol vurmaq işimizi asanlaşdırardı. Lakin alınmadı. Həm də rəqib çox kompakt oynayırdı. Əsas gücü arxa xəttə vermişdilər. Böyük qüvvə ilə müdafiə olunurdular. Bütün bunlar fərqlənməyimizə mane oldu.
- Qarşıdan “Kəpəz”lə kubok oyunu gəlir...
- İlk matçda 1:0 hesablı qələbə qazanmışıq. Lakin bu, heç nəyi həll etmir. Matça çox ciddi hazırlaşmalıyıq. İnanıram ki, ikinci görüşdə də qələbə qazanmaqla mərhələ adlayacağıq.
- Yarımfinala yüksəlsəniz, “Zirə” - “Sumqayıt” cütünün qalibi ilə üz-üzə gələcəksiniz. Bu komandalardan hansını rəqib qismində görmək istərdiniz?
- Rəqibin bizim üçün fərqi yoxdur. İlk növbədə özümüz mərhələ adlamalıyıq. İstənilən halda “Zirə” də, “Sumqayıt” da yaxşı komandalardır. Onlara qarşı oynamaq heç də asan deyil.
- Çempionatda isə növbəti matçınız səfərdə “Neftçi”yə qarşıdır. Həmin görüşdən gözləntiləriniz nədir?
- “Neftçi” hazırda çox yaxşı çıxış edir. Son turlar ardıcıl qələbələr qazanırlar. Maraqlı oyun olacaq. Rəqib nə qədər güclü olsa da, biz meydana yalnız və yalnız 3 xal üçün çıxacağıq.
- Ümumiyyətlə, komandanızın avrokubok şansını necə dəyərləndirirsiniz?
- İnanıram ki, avrokuboklara yollanacağıq. Hazırda üçüncü pillədə olsaq da, heç bir halda arxayınlaşmaq olmaz. Sona qədər formamızı qorumalı və istər çempionatda, istər kubokda mübarizəmizi davam etdirməliyik.
- Bəzən “Turan Tovuz”u dominant futbol oynamamaqda ittiham edirlər. Komandaya, məşqçilər korpusuna yönələn bu tip tənqidlərə münasibətiniz necədir?
- Bu fikirlə razı deyiləm. Son turlar necə oynadığımızı hər kəs görür. “İmişli” ilə matçda da dominant tərəf biz idik. O ki qaldı məşqçilər korpusuna, Kurban Berdıyev çox təcrübəli məşqçidir. O, əsl liderdir. Bunu yalnız komandamızın baş məşqçisi olduğu üçün demirəm. Berdıyev həqiqətən də yaxşı mütəxəssisdir. Daim onun dəstəyini hiss edirik. İnanıram ki, birlikdə qarşıya qoyulan hədəfə çatacağıq.
Messi Peleyə çatdı
Messi dubl etdi
“Fənərbaxça” xal itirdi
"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
Klubun heç bir futbolçusu 3 qol vurmayıb
"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas
Salahın qolsuzluq seriyası davam edir
“Ona dedim ki, üzr istəmək lazımdır” - Qurban Qurbanov
“Qarabağ”dan əla geridönüş - Video
Baş məşqçi qırmızı vərəqə aldı, apelyasiyaya şikayət etdi
“Tofiq Bəhramov”dakı gərginliyin səbəbi müəyyənləşdi
"Qarabağ" - "Sabah" oyununda qalmaqal - Video
“Qarabağ” - “Sabah”: Möhtəşəm oyun, 6 qol
Finalissima matçı da baş tutmayacaq?
“Turan Tovuz” - “İmişli” matçından - Video
Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Rəqib qapımıza zərbə vura bilmədi” - Kurban Berdiyev
Levandovski sıradan çıxdı
Oruc tutan Yamal 3 qol vurdu - “Barselona” tarixinə düşdü
"Quba"nın futbolçusu mükafatlandırıldı
Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?
"Qarabağ" - "Sabah" - Heyətlər
Bu ölkə futbol yarışlarını dayandırdı
2-ci liqada 16-cı tura start verildi
Bəhluldan yeni xəbər
ETOPAZ 14 yaşında
"Turan Tovuz" - "İmişli": Heyətlər açıqlandı
Asiya Çempionlar Liqasının oyunları təxirə salındı
Yamaldan tarixi rekord
İran DÇ-2026-dan çəkilir?
Ronaldo meydanı axsayaraq tərk etdi - Şəkil
Marko Roysla müqavilə uzadıldı
“PFL-in mənə cavabına təəssüflənirəm” - Video
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
Qvardiola: “Dinlərə hörmət edin!”
Renat oynadı, komandası qalib gəldi