"Turan Tovuz" və "Kəpəz"in futbolçuları eyni komandada oynadılar

"Turan Tovuz" və "Kəpəz"in futbolçuları eyni komandada oynadılar
XƏBƏR 17 Noyabr 2026 / 10:30 442
-  A +

Moldova milli komandası UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, Farer adalarının qonağı olan komanda 0:1 hesabı ilə uduzub.

Moldova millisini heyətində "Turan Tovuz"un futbolçusu Denis Marandiçi 79-cu, "Kəpəz"in üzvü Viktor Stina isə 46-cı dəqiqədə meydana daxil olub. Farer adaları millisində qolu Aki Samuelsen 24-cü dəqiqədə vurub.

Qeyd edək ki, bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda üçüncü, Farer adaları isə 8 xalla ikinci yeri tutub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.11.26  13:19

Yamal onu təhqir etdi

topaz banner